Liseydə 20 Yanvar şəhidlərinin xatirəsi yad olunub
Bakı, 18 yanvar, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc İstedadlar” liseyində 20 Yanvar şəhidlərinin xatirəsini anma mərasimi keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, tədbirdə liseyin direktoru, professor Qasım Hüseynov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun ölkəmizdə qanlı cinayətlər törətdiyini bildirib, o müdhiş gecənin dəhşətlərindən bəhs edib.
Sonra BDU-nun dosenti Nuru Məmmədovun 20 Yanvarla bağlı məruzəsi dinlənilib.
Şagirdlər 20 Yanvara həsr olunmuş şeirlər söyləyiblər.