Litva hərbi ehtiyacları üçün Avropa İttifaqından 8 milyard avro istəyir
Bakı, 1 sentyabr, AZƏRTAC
Vilnüs Avropa İttifaqının hərbiləşmə üçün nəzərdə tutulan xüsusi SAFE (Security Action for Europe) fondunun vəsaitlərindən istifadə edərək 8 milyard avro məbləğində kredit almağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, Litva Prezidenti Gitanas Nauseda bu barədə ölkəsində səfərdə olan Avropa Komissiyasının sədri Ursula Fon der Lyayenlə birgə keçirdiyi mətbuat konfransında deyib.
O, Litvanın Avropa İttifaqının sərhədlərinin təhlükəsizliyini təmin edən ölkələrdən biri olduğunu vurğulayıb. “Bizim qarşılaşdığımız təhdidlər realdır. Təhlükəsizliyimizin gücləndirilməsi üçün 8 milyard avroluq zəruri investisiyaya ehtiyacımız var”, - deyə dövlət başçısı bildirib.
Qeyd edək ki, Ursula Fon der Lyayen avqustun 29-dan sentyabrın 1-dək Avropa İttifaqının “təhlükə zonasında” yerləşən ölkələrinə səfərdədir. Səfər zamanı o, Avropa İttifaqı ölkələrini Rusiya təhdidini nəzərə alaraq yeni yeddiillik büdcə planını dəstəkləməyə çağırır. Planın müzakirələri sentyabrda başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]