LİTVA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VALDAS ADAMKUSA
Hörmətli cənab Prezident,
Milli bayramınız - Litva dövlətinin bərpası günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.
Bu gün dövlətlərarası münasibətlərimiz müvəffəqiyyətlə inkişaf etməkdədir. Siyasi və iqtisadi əlaqələrimiz, ikitərəfli qaydada, regional və beynəlxalq qurumlar çərçivəsində səmərəli əməkdaşlığımız münasibətlərimizin perspektivini yüksək qiymətləndirməyə imkan verir. Ümidvaram ki, Azərbaycan-Litva əməkdaşlığının davamlı inkişafını təmin etmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 6 fevral 2008-ci il.