LİTVA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
XANIM DALYA QRİBAUSKAYTEYƏ
Hörmətli xanım Prezident,
Ölkənizin milli bayramı - Litva dövlətinin bərpası günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan-Litva münasibətləri son illərdə dinamik inkişaf yolu keçərək istər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar və layihələr çərçivəsində səmərəli əməkdaşlığımız üçün möhkəm zəmin yaratmışdır.
Əminəm ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası münasibətlərimizin, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, qarşılıqlı maraq doğuran sahələrdə birgə işimizin dərinləşdirilməsi istiqamətində bundan sonra da səylərimizi davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 8 fevral 2010-cu il.