Litvada karantin müddətində 30 min insan iş yerini itirib
Vilnüs, 24 aprel, AZƏRTAC
Litvada karantin zamanı müəssisələrin müvəqqəti bağlanması səbəbindən 30 min insan iş yerini itirib.
AZƏRTAC xəbər verir ki, bunu ölkənin Sosial Müdafiə və Əmək Naziri Linas Kukuraytis bildirib. Onun sözlərinə görə, hazırda Litvada 190 min insan işsiz qalıb.
“Karantin elan edildiyi vaxtdan − martın 16-dan etibarən işsizlik səviyyəsi 9,3 faizdən 11,1 faizə yüksəlib. Yəni təxminən 30 min nəfər işsiz insan qeydiyyatdan keçib”, − deyə nazir söyləyib.
Nazir deyib ki, hazırda Litvada 265 min nəfər məşğulluq xidməti vasitəsilə iş axtarır. Onların əksəriyyəti əmək qabiliyyəti olan şəxslərdir.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [15:48]
Fransada şagird məktəb direktorunu və müəllimi güllələyib
- 12.10.2026 [15:20]
Aİ Rusiyada 1600-dək fiziki və hüquqi şəxsə əlavə sanksiyalar tətbiq edib
- 12.10.2026 [14:25]
“Yandex”in data mərkəzlərinin bərpası bir neçə ay çəkə bilər
- 12.10.2026 [13:18]