Livan İsraillə əldə olunmuş “çərçivə sazişi”nin həyata keçirilməsində ABŞ-nin dəstəyinə arxalanır
Qahirə, 2 iyul, AZƏRTAC
Livan İsraillə əldə olunmuş “çərçivə sazişi”nin, xüsusilə də ərazisindən razılaşdırılmış geriçəkilmələrin həyata keçirilməsini təmin etmək üçün ABŞ-nin köməyinə arxalanır.
AZƏRTAC “əş-Şarq əl-Avsət” qəzetinə istinadla xəbər verir ki, mənbələrin bildirdiyinə görə, İsrail tərəfinin prosesi təxirə salmağı, işğal etdiyi yerlərdə müvəqqəti keçid qapıları təşkil etmək kimi razılaşmaya zidd addımlar atmağı planlaşdırması barədə gələn xəbərlər Livan tərəfini narahat edir.
Mənbələrin sözlərinə görə, ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Bred Kuper Livana son səfəri zamanı ölkə rəsmiləri ilə İsrailin geri çəkiləcəyi “pilot ərazilər”də tətbiq olunacaq mexanizmləri müzakirə edib. Bildirilib ki, onun yüksək vəzifəli köməkçilərindən biri prosesin icrasını yerində izləmək üçün Livanda qalıb.
Qeyd olunub ki, Livan tərəfi ABŞ-la əldə edilmiş razılaşmalardan kənar hər hansı dəyişiklik və ya İsrailin geriçəkilməni təxirə salması ilə bağlı rəsmi məlumat almayıb.
Livan rəsmilərinin narahatlığına səbəb olan amillərdən biri də İsrail ordusunun ölkənin cənubunda nəzarətdə saxladığı ərazilərdə keçid qapıları quraşdırması və təhlükəsizlik zolağını Livanın daxili hissəsindən ayırması olub. Bu, 2000-ci ildən bəri ilk belə praktiki addım kimi qiymətləndirilir.
Bundan əlavə, İsrailin müdafiə naziri İsrael Katsın ordunun Livanın cənubundan geri çəkilməyəcəyini bəyan etməsi Livanın narahatlıqlarını daha da artırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2026 [11:05]
Pakistanda musson yağışları 11 nəfərin həyatına son qoyub
- 02.07.2026 [11:04]
BMT-nin elmi paneli süni intellekt üzrə ilk hesabatını təqdim edib
- 02.07.2026 [09:42]
Kiyevə kütləvi hava zərbələri nəticəsində ölənlərin sayı artır YENİLƏNİB 2
- 02.07.2026 [08:44]
Suriyada keçid dövrü parlamentinin tərkibi tam formalaşıb
- 02.07.2026 [08:40]
Tramp: Uzun illər sonra Kuba orbitimizə yaxınlaşır
- 02.07.2026 [08:02]
ABŞ bombardmançı təyyarələrini Böyük Britaniyadakı bazadan geri çəkib
- 02.07.2026 [07:11]
Qətər XİN: ABŞ və İran arasında danışıqlarda müəyyən irəliləyiş əldə olunub
İsveçdə iyulun 1-dən yeni qanunlar qüvvəyə minib
- 01.07.2026 [23:32]
Azərbaycan atletləri Qosanov Memorialını dörd medalla başa vurublar
- 01.07.2026 [22:44]
“Sabah” Kurasao millisinin futbolçusunu transfer edib
- 01.07.2026 [22:32]
DÇ-2026: Harri Keynin vurduğu qollar İngiltərə millisini 1/8 finala daşıyıb
- 01.07.2026 [22:10]
"Qarabağ" bir gündə ikinci məğlubiyyətini alıb
- 01.07.2026 [21:42]
Rusiyada benzin və dizel yanacağı həftə ərzində bahalaşmaqda davam edib
- 01.07.2026 [21:36]
Penza vilayətinə PUA hücumu nəticəsində iki nəfər xəsarət alıb
- 01.07.2026 [21:20]
Azərbaycan cüdoçuları Avropa çempionatını 10 medalla başa vurublar
- 01.07.2026 [20:49]
Azərbaycanın U-17 millisi Tacikistan yığmasına qalib gəlib
- 01.07.2026 [20:37]
Bu saata olan əsas xəbərlər
- 01.07.2026 [20:00]
Çin dili kursunu başa vuran məzunlara sertifikatlar təqdim olunub
- 01.07.2026 [19:52]
İyunda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.07.2026 [19:35]
Pedaqoji Universitetdə magistratura üzrə 3 yeni ixtisaslaşma yaradılıb
- 01.07.2026 [19:06]
Bolqarıstanın Müdafiə Nazirliyinin nümayəndə heyəti ölkəmizdə səfərdədir
- 01.07.2026 [18:51]
® “Bank of Baku”dan növbəti aksiya: Sahilyanı ərazilər təmizləndi
- 01.07.2026 [18:45]
Kanada “Avroviziya”ya qoşulub
- 01.07.2026 [18:41]