Livanda hökumətin yanlış pul siyasəti iğtişaşlara səbəb olub
Qahirə, 3 iyun, AZƏRTAC
Livan hökuməti yerli pul vahidinin hər gün davam edən devalvasiyasının qarşısını almaq üçün bank hesabında ABŞ dolları olan vətəndaşların öz pullarını Livan funtuna dəyişməsini qadağan edən qərar qəbul edib. Eyni zamanda, həmin vətəndaşların marketlərdə dollarla alış-veriş etməsinə də icazə verilməyib. Hökumətin bu addımı paytaxt Beyrutda bankomatların qarşısında uzun növbələrə və iğtişaşlara səbəb olub. İnsanlar küçələrdə zibil qutuları və avtomobil şinlərini yandıraraq etirazlarını bildiriblər.
AZƏRTAC xəbər verir ki, ABŞ dollarının Livan funtuna qarşı dəyər itirməsi (1 dollar = 3900 LP) vətəndaşların yerli valyutadan imtina etməyə sövq edib. Hökumətin bu prosesin qarşısını almaq məqsədilə atdığı addımlar isə yeni etiraz dalğasına səbəb olub. Axşam saatlarında Livan Mərkəzi Bankı sözügedən qərarın ləğv olunduğunu elan edib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:03]
NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib
- 13.10.2026 [14:43]