“LOKOMOTİV” İSM ƏSASLI TƏMİR OLUNUR
AZƏRTAC xəbər verir ki, bu günlərdə Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Lokomotiv” İdman Sağlamlıq Mərkəzində əsaslı təmir işlərinə başlanmışdır. Sentyabr ayında istifadəyə verilməsi nəzərdə tutulan mərkəzin zalları yenidən qurulacaq, idman qurğuları təzələnəcəkdir. Xatırladaq ki, “Lokomotiv” İSM-nin 70 illik yubileyi ilə əlaqədar iyul ayında Quba Olimpiya İdman Kompleksində qadın voleybolçular arasında beynəlxalq turnir keçiriləcəkdir. Yarışda Azərbaycan, Belarus, Peru və Puerto-Rikonun yığma komandaları mübarizə aparacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]
Xankəndidə Futbol Akademiyası yaradılacaq
- 02.10.2026 [14:09]
Dünya Kuboku: Azərbaycan üzgüçüləri yeni rekordlara imza atıblar
- 02.10.2026 [12:52]