London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi qurulub
London, 22 mart, AZƏRTAC
London Universitet Kollecində (UCL) Novruz bayramı münasibətilə keçirilən Mərkəzi Asiya Bahar Festivalı çərçivəsində Azərbaycan mədəniyyətini əks etdirən xüsusi stend qurulub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanı universitetin Azərbaycan cəmiyyətinin tələbələri təmsil ediblər. Onlar Novruz ənənələrini və ölkəmizin zəngin mədəni irsini əks etdirən müxtəlif elementləri iştirakçılara təqdim ediblər.
Stenddə Azərbaycanın milli musiqi alətləri, Novruza xas atributlar, o cümlədən səməni, milli dekor elementləri və digər mədəni nümunələr nümayiş olunub.
Festival çərçivəsində Novruz bayramını qeyd edən digər ölkələrin də stendləri qurulub. Bu stendlərdə müxtəlif xalqların Novruz ənənələri, mətbəxi və mədəni xüsusiyyətləri təqdim olunub ki, bu da tədbirə beynəlxalq rəng qatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:01]
Bu saata olan əsas xəbərlər
- 30.09.2026 [11:34]
DSMF fəaliyyətinin 34-cü ilini qeyd edir
- 30.09.2026 [11:23]
Səkkiz ayda icbari tibbi sığorta ilə 66 milyon xidmət göstərilib
- 30.09.2026 [11:12]
BDYPİ “Təmiz hava” aylığı ilə bağlı sürücülərə çağırış edib
- 30.09.2026 [11:06]
DİN: Ötən gün 56 cinayətin açılması təmin olunub
- 30.09.2026 [11:04]