Londonda keçirilən aksiyada Ermənistanın minalanmış ərazilərin xəritələrini verməməsi pislənilib
Bakı, 24 aprel, AZƏRTAC
Birləşmiş Krallıqda fəaliyyət göstərən “Natavan Qrup” təşkilatının üzvləri və bu ölkədə yaşayan Azərbaycan icmasının fəalları tərəfindən London şəhərində yerli əhaliyə Ermənistanın işğaldan azad olunmuş Azərbaycan ərazilərində basdırılan minaların xəritələrini dövlətimizə təqdim etməməsi ilə bağlı məlumatlandırıcı bukletlər paylanılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, paralel olaraq, şəhərin mərkəzi yerlərində, avtobus dayanacaqlarında məlumatlar yerləşdirilib, məlumatlandırıcı bannerlər asılıb.