Londonda nümayişçi Fələstin bayrağı ilə “Big Ben”ə dırmaşıb
London, 9 mart, AZƏRTAC
Londonda bir nümayişçi Fələstin bayrağı ilə Londonun məşhur “Big Ben” qülləsinə dırmaşıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hadisə nəticəsində Vestminster körpüsü bağlanıb və parlament turları ləğv edilib. Fövqəladə xidmətlər, o cümlədən polis, yanğınsöndürənlər və təcili yardım işçiləri hadisə yerinə cəlb edilib.
Xilasedicilər yanğınsöndürmə maşınının qaldırıcı platformasından istifadə edərək, şəxsi aşağı endirməyə çalışsalar da, o, qüllədə qalmağa davam edib. Hazırda fövqəladə xidmətlər vəziyyəti təhlükəsiz şəkildə həll etmək üçün səylərini davam etdirir.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [22:22]
Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib
- 09.06.2026 [22:13]
Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib
- 09.06.2026 [21:01]
Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir
- 09.06.2026 [20:17]
Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb
- 09.06.2026 [20:02]
Londondakı hökumət binasında gizli kamera aşkarlanıb
- 09.06.2026 [19:10]