“Lufthansa” Təl-Əvivə uçuşlarda fasiləni iyunun 15-dək uzadıb
Bakı, 26 may, AZƏRTAC
Almaniyanın “Lufthansa” aviaşirkəti İsraildə vəziyyətin pisləşməsi fonunda Təl-Əvivə uçuşları iyunun 15-dək bərpa etməmək qərarına gəlib.
AZƏRTAC “The Times of Israel” nəşrinə istinadla xəbər verir ki, “Ben Qurion” hava limanına uçuşların dayandırılması qrupun “SWISS”, “Austrian Airlines”, “Brussels Airlines” və “Eurowings” kimi törəmə aviaşirkətləri tərəfindən də uzadılacaq.
Daha əvvəl “Lufthansa” Təl-Əvivə uçuşları iyunun 8-dək dayandırdığını açıqlamışdı.
Mayın 4-də Yəmənin husi üsyançıları tərəfindən atılan raket Təl-Əvivin “Ben Qurion” hava limanında partlamış və üç nəfər yaralanmışdı. Bir saatlıq fasilədən sonra hava limanı təyyarələrin qəbulunu və göndərilməsini bərpa etmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
- 21.09.2026 [12:16]
"Vahid Rusiya" ilk dəfə Dövlət Dumasında ən böyük fraksiyaya sahib olacaq
- 21.09.2026 [12:12]
SEPAH ABŞ-yə məxsus MQ-1 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb
- 21.09.2026 [11:56]
Fransanın dövlət borcu rekord həddə çata bilər
- 21.09.2026 [11:53]
ABŞ-də dizelin qiyməti ilk dəfə 6,50 dolları keçib
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Bu gün Beynəlxalq Sülh Günüdür
- [09:00]
Zelenski Trampla Nyu-Yorkda görüşəcək
- 20.09.2026 [23:30]
Şahmat Olimpiadası: Qadın yığmasından qələbə, kişi komandası heç-heçə edib
- 20.09.2026 [22:56]
Üzüm, şərab və musiqi - Şamaxıda rəngli festivaldan FOTOLAR
- 20.09.2026 [22:17]
Azərbaycanın veteran cüdoçusu dünya çempionu olub
- 20.09.2026 [22:14]