Lüksemburqda da koronavirusa yoluxanların sayı artır
Lüksemburq, 13 aprel, AZƏRTAC
Lüksemburqda COVID-19 epidemiyasına yoluxanların sayı 3 min 223-ə çatıb. Epidemiyadan 54 ölüm faktı qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Lüksemburqun Səhiyyə naziri Polet Löner əhaliyə müraciət edərək qarşıda hələ uzun yolun olduğunu bildirib. Əhalini mümkün qədər daha çox evdə qalmağa çağırıb.
Nazir xatırladıb ki, ölkədə reanimasiyada çarpayıların sayı kifayət qədər deyil. Buna görə ehtiyatlı olmaq, karantin rejiminə riayət etmək lazımdır. Əhalinin test edildiyini diqqətə çatdırıb.
Eyni zamanda, karantin rejimindən çıxmaq strategiyasının üzərində işləndiyini vurğulayıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Lüksemburq
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [15:03]
NASA nəhəng “kosmik təbəssüm”ün şəklini çəkib
- 13.10.2026 [14:43]
Türkiyə məktəblərdə hücumların qarşısını alacaq layihəyə start verir
- 13.10.2026 [13:57]