Macarıstan Kubokunun qalibi olan azərbaycanlı: Final oyunu gərgin alındı
Bakı, 10 mart, AZƏRTAC
“Təbriklər üçün hər kəsə təşəkkür edirəm”.
AZƏRTAC xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstanın “Vaşaş Obuda” komandasının heyətində ölkə kubokunun qalibi olması ilə bağlı danışarkən deyib.
O, beşinci dəfə Macarıstan kubokunun qalibi olduğunu xatırladıb: “Buna görə çox sevincliyəm. Final oyunu gərgin alındı, buna baxmayaraq, 3:1 qalib gəldik. Komandamızı təbrik edirəm. Ümumiyyətlə, mövsüm bizim üçün çox sıx qrafiklə davam edir. Kubok başa çatsa da, Macarıstan liqasında və avrokubokda mübarizəmiz davam edir. Hazırda bütün fikirlərimiz avrokubokdadır. Bilirsiniz ki, sabah çox vacib oyunumuz olacaq. CEV kubokunun yarımfinalında cavab qarşılaşmasına çıxacağıq. Bütün oyunçular, məşqçilər heyəti, hamımız sabahkı oyuna köklənmişik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]
Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb
- 29.09.2026 [16:05]