Macarıstan sərhədləri Aİ vətəndaşları olmayan şəxslər üçün bağlı qalır
Budapeşt, 4 iyul, AZƏRTAC
Həm Macarıstanın özündə, həm digər ölkələrdə koronavirusa yoluxmuş şəxslərin sayının artması ilə əlaqədar, bu ölkənin hökuməti Avropa İttifaqına daxil olmayan dövlətlərin vətəndaşları üçün sərhədləri bağlı saxlamağı qərara alıb.
AZƏRTAC xəbər verir ki, bu məsələdə Serbiya üçün istisna edilib: orada macar mənşəli şəxslər çoxdur.
Macarıstan KİV-lərində verilən məlumata görə, ölkənin bir sıra müəssisələrində yeni infeksiya mənbələri yaranıb. Bununla əlaqədar epidemioloji təhlükəsizlik tədbirləri gücləndirilib. Yeni pasiyentlərin sayının artması hökuməti narahat edir.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:33]
ABŞ səfirliyi Amerika vətəndaşlarını Rusiyaya səyahətdən çəkinməyə çağırıb
- 07.10.2026 [12:26]
Gürcüstanda uranın qanunsuz satışının qarşısı alınıb
- 07.10.2026 [12:05]
Fransada qadınlara çağırış edildi: Oktyabrın 13-də iş dayandırılır
- 07.10.2026 [12:00]
Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır
- 07.10.2026 [11:56]
Pakistanda əməliyyat zamanı 13 terrorçu məhv edilib
- 07.10.2026 [11:40]