Mahir Emreli: Vurduğum qolu mənə inanan hər kəsə həsr edirəm
Bakı, 14 aprel, AZƏRTAC
“Yalan xəbərlər də daxil olmaqla, haqqımda çox şey danışıldı, yazıldı”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Almaniyanın “Nürnberq” komandasının azərbaycanlı hücumçusu Mahir Emreli 2-ci Bundesliqanın XXIX turunda “Kayzerslautern”lə keçirilmiş oyunda vurduğu qolu şərh edərkən deyib.
O, yazılanlara fikir vermədiyini, sakit və israrla öz üzərində işlədiyini bildirib: “Heç vaxt özümə olan hörməti itirmədim. Nəyə görə mübarizə apardığımı göstərdim. Vurduğum qol üç xaldan daha çox mənanı ifadə edir. Bunu mənə inanan hər kəsə - komanda yoldaşlarıma, məşqçilər heyətinə və xüsusən də azarkeşlərə həsr edirəm. İnanılmaz dəstəyinizə görə təşəkkürlər. Növbəti oyunda görüşərik”.
Qeyd edək ki, görüş “Nürnberq”in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:47]
Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]