MƏDƏNİYYƏT
MAHNILARIN “VƏTƏNDƏN PAY OLMAZ” HARAYI
Əməkdar incəsənət xadimi, bəstəkar Faiq Sücəddinovun xalq şairi Cabir Novruzun şerlərinə bəstələnmiş və nota köçürülmüş mahnılarından ibarət “Vətəndən pay olmaz” adlı kitabı “Çaşıoğlu” nəşriyyatında çapdan buraxılmışdır.
Cabir Novruz fondundan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, kitabda mərhum şairin şerlərinə 1982-ci ildən başlayaraq bəstələnmiş 22 məşhur mahnının notları daxil edilmişdir.
Yüksək poliqrafik qaydada çap olunmuş kitabda not yazıları ilə bərabər, şerlərin mətni də verilmişdir.
Vurğulanmışdır ki, kitabdan sonra eyni adlı musiqi albomunun və kompakt diskin buraxılması üzərində də yaradıcılıq işləri gedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [10:43]
Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb
- 08.05.2024 [10:29]
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür
- 08.05.2024 [03:45]
Tamğa – qədim türklərin əzəmət rəmzi
- 08.05.2024 [00:32]