Makron: Fransa Aralıq dənizində hərbi mövcudluğunu gücləndirir
Paris, 4 mart, AZƏRTAC
Yaxın Şərqdə münaqişənin genişlənməsi fonunda Fransa prezidenti Emmanuel Makron televiziya ilə xalqa müraciət edib.
AZƏRTAC xəbər verir ki, dövlət başçısı çıxışında təhlükəsizlik və müdafiə tədbirlərini açıqlayıb. Makron İranın Kiprdə yerləşən Britaniya bazasına hücumundan bir gün sonra hərbi dəniz qüvvələrinə yeni tapşırıqlar verib. Onun göstərişi ilə Fransanın yeganə aviadaşıyıcısı “Charles de Gaulle” Aralıq dənizi istiqamətində hərəkətə başlayıb. Eyni zamanda, “Languedoc” freqatı Kiprə doğru yönəlib. Bu addım Parisin regionda vəziyyətin nəzarətdən çıxması ehtimalına qarşı hazırlıq gördüyünü göstərir.
Makron münaqişənin qeyri-sabitlik gətirdiyini və gətirəcəyini bildirib. O, daha əvvəl, Fransanın yeni nüvə doktrinasına dair çıxışında Yaxın Şərqdə ölkə sərhədlərinə yaxın mümkün alovlanma barədə xəbərdarlıq etmişdi. Prezidentin sözlərinə görə, qaydalar sistemi dağılıb və Fransa öz maraqları əsasında silahlara nəzarət mexanizmlərinin yenidən qurulmasına çalışmalıdır.
Fransa prezidenti münaqişədən təsirlənən bir sıra ölkələrin liderləri, o cümlədən Livan, Qətər və BƏƏ rəhbərliyi ilə danışıqlar aparıb. Paris həm diplomatik kanalları açıq saxlamağa, həm də hərbi hazırlıq səviyyəsini artırmağa çalışır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [20:40]
Marko Rubio və Hakan Fidan arasında görüş olub
- 22.05.2026 [20:22]
Prezident Ərdoğan: Türkiyə dünya boru ehtiyatlarının 73 faizinə sahibdir
- 22.05.2026 [16:08]
Aİ Hörmüz boğazının bağlanması səbəbindən İrana sanksiyaları genişləndirib
- 22.05.2026 [15:24]
İran BƏƏ ərazisinə 3300 raket və PUA atıb
- 22.05.2026 [15:12]