Makron Reqbi üzrə Dünya Kubokunun açılış mərasimində fitə basılıb
Bakı, 9 sentyabr, AZƏRTAC
Fransada keçirilən Reqbi üzrə Dünya Kubokunun ilk oyunundan öncə Prezident Emmanuel Makronun çıxışı tamaşaçılar tərəfindən fitə basılıb.
AZƏRTAC xəbər verir ki, Makron kürsüyə qalxarkən fit və uğultulu səslər stadionda əks-səda verib. Çaşqın vəziyyətdə olan Makron Fransa millisini dəstəkləmək çağırışı edib və bundan sonra tribunalar “Go Blue!” (Fransa komandasının qeyri-rəsmi adı - red.) şüarını səsləndirməyə başlayıblar.
Fan zonalarında da Makrona qarşı fit və etirazlar eşidilib.
Reqbi üzrə Dünya Kuboku sentyabrın 8-dən oktyabrın 28-dək Fransanın 9 şəhərində keçiriləcək. Turnirdə 20 milli komanda iştirak edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:06]
Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir
- 30.09.2026 [10:50]
Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır
- 30.09.2026 [07:38]
ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib
- 30.09.2026 [07:03]
Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb
- 30.09.2026 [06:31]