Azərbaycan Dövlət İnformasiya Agentliyi

Makronun Münxendə səsləndirdiyi fikirlərin əsasında bir neçə amil dayanır – Siyasi ekspert

Makronun Münxendə səsləndirdiyi fikirlərin əsasında bir neçə amil dayanır – Siyasi ekspert

Bakı, 19 fevral, AZƏRTAC

Fransa Prezidenti Emmanuel Makronun 59-cu Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Fransa dünyada” adlı tədbirdə çıxışı zamanı söylədiyi fikirlərin əsasında bir neçə amil dayanır.

Birinci amil Türkiyədə baş verən son zəlzələlərdir. Fransa yaxşı başa düşür ki, Cənubi Qafqazda möhkəmlənmək üçün təkcə Rusiyanı deyil, Türkiyəni də sıxışdırmaq lazımdır. Çünki Türkiyənin də nüfuzu kifayət qədər yüksəkdir. Fransa bu günə qədər Türkiyəni heç nə ilə sıxışdıra bilmirdi. Çünki qardaş ölkənin kifayət qədər resursları var. Ancaq təbii fəlakət Türkiyə iqtisadiyyatına çox böyük zərbə vurdu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elşən Məcidov söyləyib.

Siyasi ekspert deyib ki, sonuncu zəlzələ Türkiyənin təkcə iqtisadiyyatına deyil, həmçinin onun xarici siyasətinə və hərbi imkanlarına da təsir göstərəcək. Çünki ölkədə iqtisadi və sosial vəziyyətin bərpası üçün kifayət qədər vəsait xərcləmək və cəlb etmək lazımdır. Bu işləri görmək üçün büdcədən bəzi yerdəyişmələr həyata keçirmək, həmçinin bəzi sahələri məhdudlaşdıraraq digər istiqamətlərə pul köçürmək lazım olacaq. Ehtimal etmək olar ki, qardaş Türkiyə xaricdən sərmayə cəlb etmək üçün xarici siyasətini daha mülayim aparmalı olacaq. Fransa bu amilləri nəzərə alıb Türkiyəni sıxışdırmağa çalışacaq.

Elşən Məcidovun fikrincə, ikinci amil Rusiya ilə əlaqədardır. Fransa Prezidenti Emmanuel Makron yaxşı başa düşür ki, hazırda müharibə ilə əlaqədar Rusiyanın iqtisadi vəziyyəti bir qədər dəyişib. Belə ki, ötən il dekabrın 5-də Rusiya nefti, bu il fevralın 5-də ölkənin neft məhsulları üçün tavan qiymətlər həddi tətbiq edildi. Bu tətbiqlərdən sonra Rusiya birinci məsələyə görə gündə 160 milyon dollar, ikinci məsələyə görə isə 280 milyon dollar pul itirir. Nəticədə Rusiyanın həm neft, həm də qeyri-neft gəlirləri azalıb, xərcləri isə təqribən 60 faiz artıb. Bütün bunların fonunda Rusiyanın dövlət büdcəsində 1,71 trilyon rubl kəsir yaranıb. Sözsüz ki, yaranan büdcə kəsirini doldurmaq çox çətin olacaq. Belə ki, büdcə kəsirini qarşılamaq üçün Rusiya ya vergiləri artırmalı, ya pul emissiyası həyata keçirməli, ya da borc götürməlidir. Yaranan bu vəziyyətdə Rusiyaya heç kim borc verməyəcək. Çünki bilirlər ki, Rusiya borcu qaytara bilməyəcək. Hətta Rusiya öz xarici dövlət borcunu avro və dollarla ödəməli olduğu halda belə buna gücü çatmadı və yerli valyutası ilə ödədi. İş o yerə çatmışdı ki, xarici qüvvələr bunu defolt vəziyyətinə gətirib çıxarmaq istəyirdilər. Bu vəziyyətdə əgər kimsə Rusiyaya borc versə belə, bu borc yüksək faizlə olacaq. Vergilərin qaldırılması məsələsinə isə hökumət gedən deyil. Bu hal baş verərsə, Prezident Vladimir Putinin reytinqinə təsir edəcək. Üçüncü yol isə pul emissiyasını həyata keçirməkdir. Bu yol da orta və uzaq perspektivdə Rusiyada güclü bir inflyasiya formalaşdıra bilər.

Ekspert vurğulayıb ki, Emmanuel Makron da bütün bunları başa düşür və anlayır ki, Rusiyanın təzyiq və təsir vasitələri zəifləyir. Belə olan halda, Fransa həm Rusiyanın, həm də Türkiyənin hazırkı vəziyyətindən istifadə edib Ermənistanın yanında olduğunu göstərməyə, bunu möhkəmləndirməyə çalışır. Həmçinin Makron başa düşür ki, Rusiya ilə Ermənistan arasındakı münasibətlər SSRİ dağılandan sonra ilk dəfə ən aşağı səviyyədədir. Digər tərəfdən son vaxtlar Rusiyaya qarşı ittihamlar səsləndirən qərbyönlü siyasətçilərə Rusiya yönümlü siyasətçilər də qoşulub. Məsələn, Aleksandr İskandaryan kimi politoloqlardan son vaxtlar Rusiyaya qarşı sərt ittihamlar səsləndirilir. Makron yaranan bu vəziyyəti görür və Ermənistanın yayında olduğuna dair bəyanatlar verir. Bununla da Fransa Rusiyanı Qafqazda yavaş-yavaş sıxışdırmağa çalışır:

“Emmanuel Makron tədbirdə bir neçə məqama da toxundu. O deyib ki, Rusiya bölgədə xaos yaradır və yeni müstəmləkəçilik siyasəti həyata keçirir. Bütün bunların da məqsədi Rusiyanı təkcə Ermənistanda deyil, həmçinin Qarabağda konstruktiv yox, destruktiv amil kimi təqdim etməkdən ibarətdir. Ancaq bu destruktiv amilin olması, yəni Rusiyanın belə təqdim edilməsinin Azərbaycan üçün müsbət tərəfləri də var. Azərbaycan üçün müsbət tərəfləri ondan ibarətdir ki, Rusiyanın sülhməramlı kontingentinin Qərb ölkələrindən ibarət beynəlxalq kontingentlə əvəzlənməsi mümkün olmayacaq. Yəni, Rusiyanın sülhməramlı kontingentinə beynəlxalq mandatın qazandırılması qeyri-mümkündür. Əvvəllər bunlar istəyirdilər ki, Rusiya sülhməramlılarını, ümumiyyətlə, regiondan çıxarsınlar və Qarabağda beynəlxalq kontingent yerləşdirsinlər. Buna da Azərbaycan razı deyil və qəbul edilə bilməz. Sonra onlar başqa variantla çıxış etdilər. Dedilər ki, əgər Azərbaycan Rusiyaya beynəlxalq mandat vermirsə, onda BMT Təhlükəsizlik Şurasının qərarı ilə Rusiya sülhməramlılarına beynəlxalq mandat verilsin. Bunun üçün isə öz maraqları təmin edilmək şərti ilə Rusiya ilə danışıqlar aparılmalı və ondan sonra sülhməramlılara beynəlxalq mandat verilməlidir. Ancaq cari vəziyyət ona gətirib çıxarıb ki, artıq bu məsələ BMT Təhlükəsizlik Şurası çərçivəsində nə müzakirə, nə də həll edilə bilməz. Çünki Fransa-Rusiyanın münasibətləri Emmanuel Makronun bu bəyanatından sonra ən pik nöqtəyə çatmış oldu. Artıq bu iki ölkə bir-biri ilə qarşılıqlı surətdə gizli sövdələşmələr həyata keçirərək məsələni Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmağa cəhd edə bilməyəcək”, - deyə Elşən Məcidov fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır

Türkiyənin yerli smartfonu gələn il satışa çıxarılacaq

Peru radiosunda Üzeyir Hacıbəyliyə həsr olunmuş xüsusi veriliş yayımlanıb

Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq

“Sənət inciləri” layihəsi gəncləri Üzeyir Hacıbəyli irsi ilə tanış edir

Sülhün təminatı xarici sərmayəni artıracaq - ŞƏRH

Turizm mütəxəssisi: Kənd turizminin inkişafı tək biznes deyil, həm də ictimai diplomatiyadır

Formula 1 Azərbaycan Qran-Prisinin 2025-ci il qalibinə “Azərxalça”nın xalçası təqdim olunub

Rusiyanın Yaroslav vilayətində matəm günü elan edilib

Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyəcək

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Folklor İnstitutu “Zəfər salnaməsi: qəhrəmanlıq və milli yaddaş” mövzusunda tədbir təşkil edib

Ekspert: Süni intellekt Azərbaycan şirkətləri üçün strateji alətə çevrilir

“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub

Qızılın qiyməti 7 həftənin minimumuna yaxınlaşır

Ədliyyə Nazirliyinin nümayəndələri beynəlxalq təlimdə iştirak ediblər

İnvestisiya qoyuluşu nəticəsində yaradılan iqtisadi fəaliyyət dövlət büdcəsi üçün gəlir mənbəyi yaradır - ŞƏRH

Azərbaycanın ənənəvi idman oyunları qırğız alimlər tərəfindən araşdırılır

Dələduzluq yolu ilə vətəndaşların 150 min manatdan artıq vəsaitini ələ keçirən şəxs saxlanılıb

Nəqliyyat və anbar təsərrüfatı sektorunda yaradılan əlavə dəyərin həcmi açıqlanıb

Azərbaycanın futzal yığması Avropa çempionatının seçmə mərhələsinə əsas raunddan başlayacaq

Arxeoloqlar beynəlxalq simpoziumda Azərbaycanın qədim mağaraları barədə məruzə ediblər

Azərbaycanda İKT sektoruna investisiya 49 faizdən çox artıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb

Rəsmi WAM agentliyi: BƏƏ Prezidenti İsrailin Baş naziri ilə görüşüb

Suriyada qaz kəməri partladılıb

Beynəlxalq İnvestisiya Forumunda imzalanan müqavilələr rəqəmsal inkişaf sahəsində texnologiyaların cəlbinə şərait yaradacaq

Azərbaycanın voleybol üzrə qızlardan ibarət yığmalarının yeni baş məşqçisi müəyyənləşib

Səudiyyə Ərəbistanı ABŞ ilə Yaxın Şərqdə təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycanın qadın basketbolçulardan ibarət millisinə yunanıstanlı baş məşqçi təyin olunub

Azərbaycan alimləri beynəlxalq konfransda süni intellekt və kompüter dilçiliyi mövzusunda çıxış ediblər

Ağsuda meşə yanğınına səbəb olan şəxs saxlanılıb

Avarçəkmə və kanoe üzrə Mingəçevir Reqatası bu gün Füzulidə start götürəcək

AHİK-də rəqəmsal xidmətlərin Elektron Hökumət İnformasiya Sistemi üzərindən təşkili nəzərdə tutulur

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Yol polisindən at arabalarını idarə edənlərə xəbərdarlıq

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Azərbaycan nefti 122,49 dollara satılır VİDEO

Britaniya parlamentarilərinə Orta Dəhlizin perspektivləri təqdim olunub

Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Cəlilabadda yaşayış evində yanğın olub

Yasamalın bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB 2 VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya təşkil olunub

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır