Mali hava şəraiti səbəbindən kustar qızıl hasilatını dayandırır
Bakı, 5 iyun, AZƏRTAC
Mali hakimiyyəti işçiləri torpaq sürüşməsindən qorumaq üçün iyun-sentyabr aylarında davam edən yağışlı mövsüm səbəbindən kustar üsulla qızıl hasilatını dayandırıb.
AZƏRTAC bu Qərbi Afrika ölkəsinin Mədənçıxarma Sənayesi Nazirliyinə istinadla xəbər verir ki, meteoroloji xidmətlər iyunun 15-dən sentyabrın 30-dək güclü yağışların yağacağını proqnozlaşdırır.
Mart ayında Afrikanın ikinci ən böyük qızıl istehsalçısının hökuməti onlarla insanın ölümünə səbəb olan bir neçə qəzadan sonra əcnəbilərə yeni kustar hasilat icazələrinin verilməsini dayandırdı.
Kustar faydalı qazıntılar hasilatı Qərbi Afrikanın böyük bir hissəsində yayılmış fəaliyyət növüdür və son illərdə qiymətli metala tələbatın və qiymətlərin artması səbəbindən genişlənmişdir.
Köhnəlmiş və tənzimlənməmiş faydalı qazıntı hasilatı üsullarından tez-tez istifadə edildiyi üçün ölüm halları qeyri-adi deyil.
Keçən il Malidə qızıl hasilatı 23 faiz azalaraq 57 ton təşkil edib ki, bunun da təxminən 6 tonu kustar üsulla hasil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [21:10]
Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik
- 29.09.2026 [20:22]
Qazaxıstan Prezidenti Almaniyaya səfər edib
- 29.09.2026 [19:13]
Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub
- 29.09.2026 [18:51]
Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib
- 29.09.2026 [18:04]