Maliyyə Nazirliyində ACCA nümayəndələri ilə görüş keçirilib
Bakı, 29 may, AZƏRTAC
Azərbaycan Respublikası Maliyyə Nazirliyində İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA) nümayəndələri ilə görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüş zamanı mühasib peşəsinin inkişaf etdirilməsi, mühasibat uçotu sahəsində mütəxəssislərin bacarıqlarının artırılması, ACCA-nın İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə Sertifikatının tanınması, sertifikatlaşdırma üzrə təlim proqramlarının birgə hazırlanması, maliyyə monitorinqinin aparılması və auditorlar üçün imtahanların təşkili, habelə bu mütəxəssislərin müvafiq orqanlara cəlb olunması mövzuları ətrafında müzakirələr aparılıb.
Qeyd edək ki, Maliyyə Nazirliyinin Maliyyə Elm-Tədris Mərkəzi (METM) ilə ACCA arasında əməkdaşlıq çərçivəsində 2024-cü ildə Gümüş partnyorluq əldə edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [12:16]
Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb
- 30.09.2026 [11:46]
Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb
- 30.09.2026 [11:30]