Marin Le Pen Fransa hökumətinə etimadsızlıq səsverməsi tələb edə bilər
Bakı, 25 noyabr, AZƏRTAC
Milli Birlik Partiyasının parlament fraksiyasının lideri Marin Le Pen 2025-ci il üçün dövlət büdcəsi layihəsi dəyişdirilməyəcəyi təqdirdə Fransa hökumətinə etimadsızlıq barədə qətnamə təqdim etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Le Pen bunu Baş nazir Mişel Barnye ilə görüşdən sonra BFMTV telekanalının efirində deyib. O, mövqeyinin dəyişmədiyini vurğulayaraq bildirib ki, layihəyə düzəliş edilməsə, Milli Birlik fraksiyası hökumətə etimadsızlıq səsverməsini dəstəkləyəcək.
Marin Le Penin partiyası hökumətin elektrik enerjisi vergilərinin artırılması ilə bağlı planını büdcə layihəsindən çıxarmağı tələb edir. O, həmçinin Baş nazirə Fransa Konstitusiyasının 49.3-cü maddəsindən istifadə olunmaqla parlamentdən yan keçərək büdcənin qəbulu cəhdlərinə qarşı xəbərdarlıq edib.
Fransa Konstitusiyasının 49.3-cü maddəsi hakimiyyət orqanlarına qanunları səsvermə olmadan qəbul etməyə icazə verir. Lakin bu maddədən istifadə edilərsə, parlament 24 saat ərzində hökumətə etimadsızlıq səsverməsi elan etmək hüququna malikdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]