Mariya Sergeyeva: Bakıda bədii gimnastika üzrə Dünya Kuboku çox gözəl keçdi
Bakı, 29 aprel, AZƏRTAC
Bakı çox gözəl şəhərdir, burada gözəl yarışlar keçirilir. Milli Gimnastika Arenası öz yarış atmosferi ilə fərqlənir. Burada həmişə yaxşı aura, pozitiv azarkeşlər olur. Səmimi şərait qələbəyə köklənməyə kömək edir. Bakıda bədii gimnastika üzrə Dünya Kuboku çox gözəl keçdi.
Dünya Kubokunda dörd medal (halqa və lentlə hərəkətlərdə qızıl, top ilə hərəkətlərdə gümüş və gürz ilə hərəkətlərdə bürünc medal) qazanmış rusiyalı gimnast Mariya Sergeyeva bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Mariya Sergeyeva deyib: “Düşünürəm ki, bu turnir mənim üçün uğurlu oldu. Əlbəttə, kiçik nöqsanlar var idi, amma onlar da faydalı təcrübə oldu. Məşqçilər razı qaldılar”.
İdmançı vurğulayıb ki, Bakı çox gözəl şəhər olmaqla yanaşı, burada keçirilən turnirlər də əladır. Bu sözlər Azərbaycan Gimnastika Federasiyasına da, burada bizim üçün yaradılan şəraitə də aiddir.
Gimnast qeyd edib ki, yaxın perspektivdə onun əsas məqsədi daim yüksək nəticələr göstərməkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]
Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq
- 08.06.2026 [17:31]
“Turan Tovuz”un məşqçisi: CAS-ın qərarının xeyrimizə olacağına inanırıq
- 08.06.2026 [17:15]
Yunis Hüseynov: Millimiz C Liqasına qayıtmaq məcburiyyətindədir
- 08.06.2026 [15:45]