Mariya Zaxarova Ermənistanda jurnalist və blogerin saxlanılmasına münasibət bildirib
Moskva, 7 sentyabr, AZƏRTAC
Ermənistanın Goris şəhərində “Sputnik Armenia” agentliyinin əməkdaşı Aşot Gevorkyan və bloger Mixail Badalyan saxlanılıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə “Sputnik Armenia” agentliyi məlumat yayıb. Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova hadisəyə öz münasibətini bildirərək qeyd edib ki, bu, İrəvanda Rusiya-Ermənistan mediaforumunun keçirilməsi ərəfəsində Qərbin növbəti təxribatıdır. M.Zaxarova bildirib ki, söz azadlığı şüarı ilə hakimiyyətə gələn Paşinyan hökumətin jurnalistləri təqib etməsinə və informasiya yayımını bloklamasına inana bilmir.
Jurnalist və blogerin hansı səbəbdən saxlanıldığı hələlik məlum deyil.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.11.2026 [19:07]
Fransada etiraz dalğası genişlənir: ümummilli tətil və nümayişlər gözlənilir
- 02.11.2026 [19:03]
Britaniyada 200 minə yaxın ailə yoxsulluq riski ilə üzləşə bilər
- 02.11.2026 [18:54]
Bomba xəbərdarlığı: “Wizz Air” təyyarəsi Budapeştə təcili eniş edib
- 02.11.2026 [18:52]
Yaponiya ABŞ ordusunda nizam-intizamın aşağı olmasından narazıdır
- 02.11.2026 [17:46]
İlin sonunadək Macarıstanda yanacağın qiyməti arta bilər
- 02.11.2026 [17:44]