Mariya Zaxarova Rusiya sərhədçilərinin Ermənistanı tərk etməsinə münasibət bildirib
Moskva, 11 sentyabr, AZƏRTAC
Rusiya sərhədçilərinin Ermənistanda fəaliyyətini nizama salan əsas sənəd – Rusiya Federasiyası sərhəd qoşunlarının statusu haqqında ikitərəfli saziş müddətsizdir.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Moskvada keçirilən brifinqdə bildirib.
O, Rusiya sərhədçilərinin artıq 30 ildən çoxdur Ermənistan Respublikasının sərhədini qoruduğunu və mövcudluğuna olan tələbatı dəfələrlə təsdiqlədiyini vurğulayaraq, sərhədçilərin Ermənistan ərazisini tərk etmələrinin bu ölkənin təhlükəsizliyinə mənfi təsir göstərəcəyini diqqətə çatdırıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ıs xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [19:09]
Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər
- 08.06.2026 [18:40]
Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib
- 08.06.2026 [18:02]
Amsterdamda çay üzərində 650 milyon avroya körpü tikiləcək
- 08.06.2026 [17:43]