Marko Veşoviç: “Qarabağ”da qalsam, ən böyük arzum Çempionlar Liqasının qrup mərhələsində oynamaqdır
Bakı, 19 may, AZƏRTAC
Bizim üçün bu il uğurlu mövsüm oldu. Titul qazandıq. Azarkeşlərimizi sevindirdik. Bizə inanan hər kəsə təşəkkür edirəm.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan çempionu olan “Qarabağ”ın futbolçusu Marko Veşoviç deyib.
O, mövsümün əvvəlində qarşıya qoyulan ən böyük hədəfə çatdıqlarını bildirib: “Buna görə çox sevincliyik. İndi bizi qarşıda “Sabah”la kubokun final matçı gözləyir. Bütün fikrimi bu oyuna yönəltmişəm”.
Monteneqro millisinin müdafiəçisi gələcək karyerası barədə bunu söyləyib: “Qarabağ”da qalıb-qalmayacağım barədə dəqiq bir şey deyə bilmərəm. Məsələ açıq olaraq qalıb. Əlbəttə, burada qalsam, ən böyük arzum Çempionlar Liqasının qrup mərhələsində oynamaqdır. Təbii ki, buna nail olmaq asan deyil. Amma sonadək mübarizə aparacağıq”.
Qeyd edək ki, Marko Veşoviçin yayda Ağdam klubu ilə müqaviləsi başa çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [14:24]
Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib
- 28.09.2026 [14:16]
Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır
- 28.09.2026 [13:07]
Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub
- 28.09.2026 [13:00]
Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək
- 28.09.2026 [12:39]
Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb
- 28.09.2026 [12:26]
Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var
- 28.09.2026 [12:18]