MARNEULİ RAYONUNDA AKSİYA İŞTİRAKÇISI OLAN QADIN ÖLDÜRÜLMÜŞDÜR
Kvemo Kartli - Borçalı bölgəsindəki Marneuli rayonunun Qullar kənd sakinləri torpağın ədalətsiz bölüşdürülməsinə etiraz əlaməti olaraq bir neçə dəfə mitinq keçirmişlər. Əvvəlki mitinqlərdə yerli hakimiyyət orqanları, polis əhali ilə danışıqlar aparmış, vədlər vermişlər. AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, konkret nəticəyə nail olmayan qullarlılar yenidən aksiya keçirmişlər. Təəssüf ki, bu aksiya faciə ilə nəticələnmişdir. Qullar kəndinə məxsus kənd təsərrüfatı təyinatlı torpağı icarəyə götürən Tbilisidəki “Jokey klub” məhdud məsuliyyətli müəssisəsinin işçiləri ilə mitinq iştirakçıları arasında toqquşma baş vermiş, bir nəfər - 64 yaşlı Hilal Şaban qızı İdrisova aldığı güllə yarasından ölmüş, üç nəfər isə yaralanmışdır.
Hadisə yerinə Gürcüstan DİN-in xüsusi təyinatlı dəstəsinin 30 nəfərədək əməkdaşı, bölgə və rayon polisinin nümayəndələri göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [19:37]
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb
- 15.06.2026 [19:05]
ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib
- 15.06.2026 [18:42]
Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib
- 15.06.2026 [17:47]
Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır
- 15.06.2026 [17:31]
Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır
- 15.06.2026 [16:38]