Azərbaycan Dövlət İnformasiya Agentliyi

Marqarita Rusetskaya: Rus dilini öyrənən azərbaycanlıların sayı sabit artır

Marqarita Rusetskaya: Rus dilini öyrənən azərbaycanlıların sayı sabit artır

Moskva, 9 fevral, AZƏRTAC

Moskvadakı A.S.Puşkin adına Dövlət Rus Dili İnstitutunun rektoru Marqarita Rusetskaya Dmitri Savelyevin rəhbərlik etdiyi Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun mətbuat xidmətinə müsahibəsində institutun azərbaycanlı həmkarlarla əməkdaşlığının necə başlanmasından, respublikada rus dilinə nə üçün böyük maraq olmasından və ötən illər ərzində Bakının necə dəyişdiyindən söz açıb. AZƏRTAC həmin müsahibəni təqdim edir.

-Azərbaycan ilə əməkdaşlıq necə və nə zaman başlayıb?

-On səkkiz il əvvəl institutda filologiya fakültəsi açılandan müəyyən müddət sonra aşkar etdik ki, tələbələrimizin xeyli hissəsi - bakalavriatda təqribən 30 faizi və magistraturada təqribən 50 faizi başqa ölkələrdən, o cümlədən MDB ölkələrindəndir. Deməli, ali təhsil proqramlarının məzmununda adekvatlığı təmin etmək üçün biz mühüm milli ali məktəblərlə tərəfdaşlığı inkişaf etdirməliyik. İlk müqavilələrdən birini Bakı Slavyan Universiteti ilə imzalamışıq. Azərbaycandan olan həmkarlarımız bizdə dissertasiya müdafiə ediblər, müəllimlərimiz Bakıda işləyiblər - yəni biz artıq çoxdan əlbir işləyirik. İki il əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə işləməyə başlamışıq və bu tərəfdaşlığa böyük ümidlər bəsləyirik, çünki bir sıra mühüm məqamlarda məqsədlərimiz üst-üstə düşür. Mən həm könüllülərdən ibarət pedaqoji dəstələrin yaradılmasını, həm “Rus dilinin elçiləri” proqramını, habelə oyun texnologiyalarını, layihə fəaliyyətini - yəni gənc insanın maraqlı və bacarıqlı olmasına imkan verən bütün vasitələri nəzərdə tuturam. Bundan əlavə, Fondda çoxlu maraqlı maarifləndirici layihə var. Bu da bizim instituta çox yaxındır. “Puşkin İnstitutu” şəbəkəsinin tərəfdaşlıq mərkəzlərindən birini də ötən ilin dekabrında Azərbaycan paytaxtında elə bu maraqlar kəsişdiyi üçün açmışıq.

-Bu layihə nə dərəcədə perspektivlidir?

-Məqsədimiz rus dilini qoruyub saxlamaq, təbliğ etmək və başqa ölkələrdə yaymaqdır. Buna müvafiq olaraq, rus dilinin sistemli nəticə verəcək yeni formatlarda irəlilədilməsinə tələbat yaranır. Özü də yaxşı başa düşürük ki, gələcək distant təhsilindir. Hələ iki il əvvəl Rusiya Hökumətinin təklifi ilə “Rus dilində təhsil” adlı açıq elektron platforma işləyib hazırlamışıq. Bu, elektron təhsil resurslarının, müəllimlərə kömək üçün metodik materialların təqdim olunduğu, rus dilini xarici dil kimi öyrədən onlayn-məktəbin işlədiyi portaldır. Hazırda portalda dünyanın 190 ölkəsindən bir milyondan çox insan təhsil alır. “Puşkin İnstitutu” şəbəkəsinin yaradılması zamanı təhsil platformamızın və institutun layihələrinin bizim üçün açdığı bütün imkanları bir araya gətirmək qərara alınıb. Odur ki, məqsədimiz artıq müəllimlik edən, təcrübəsi və əlaqələri olan insanları axtarıb tapmaq və mövcud imkanları şəxsi imkanlarımızla gücləndirməkdir. Yəni Azərbaycandakı mərkəz özünün bütün rusistlərini cəlb edəcək, biz isə metodik seminarların keçirilməsində, ixtisasartırma proqramlarının təşkilində müəllimlərə kömək edəcək, rus dili bayramları təşkil edəcək, könüllülərin proqramlarını həyata keçirəcəyik. Əminəm ki, əməkdaşlığımızın gələcəyi məhz belə bərabərhüquqlu tərəfdaşlıqdadır.

-Deyilənə görə, Azərbaycanda rus dilinə marağın səviyyəsi başqa MDB ölkələrindən yüksəkdir. Həqiqətən belədirmi?

-Biz belə məsələlərdə həmişə tədqiqatlara və faktlara etibar edirik. Rusdilli kadrlara tələbata dair ötən il apardığımız monitorinqin məlumatları var. Bu əmək bazarının tutumu təqribən 125 milyon adamdır və Azərbaycan rusdilli kadrlara tələbatın yüksək olduğu ölkələr qrupunda yer alıb. Davam edək: 54 min Azərbaycan sakini portalın resurslarından istifadə edir (xarici dil kimi rus dilini öyrənir, ixtisasartırma proqramlarında təhsil alır, bizim vebinarlara baxır, kütləvi açıq onlayn kurslarda məşğul olur və platformanın başqa resursları ilə tanış olurlar) və bu göstərici artır. Daha bir nümunə: ötən il “Uçi.Ru” resursu ilə birlikdə ibtidai sinif şagirdləri arasında rus dili üzrə elektron olimpiada keçirdik. Özü də biz tapşırıqları Rusiyanın tədris standartı əsasında qurmuşduq. Bu olimpiadada bir ay ərzində 80 ölkədən təqribən bir milyon şagird iştirak etdi. Finala çıxanların 16-sı Azərbaycandan idi. Azərbaycan 20 ən fəal iştirakçı sırasındadır. Yeri gəlmişkən, artıq 50-ci ildir keçirdiyimiz rus dili üzrə bütün olimpiadalarda Azərbaycan komandaları öz ölkələrini həmişə çox layiqli şəkildə təmsil edirlər. Odur ki, bu məlumatlar əsasında deyə bilərik ki, bəli, Azərbaycanda rus dilinə maraq yüksəkdir, proqramlarımıza isə tələbat çoxdur. Bir də ki, rus dilinin, demək olar, hər yerdə eşidildiyi Bakıya səfərlərdən sonra subyektiv hisslər var.

-Sizcə, Azərbaycanda rus dilinin öyrənilməsinə marağın artmasını nə şərtləndirir?

-Yaşlı adam xarici dil seçəndə, ilk növbədə bu dilin onun üçün açacağı imkanları qiymətləndirir. Burada peşə mübadiləsi faktoru böyük rol oynayır: Rusiya-Azərbaycan iqtisadi münasibətlərinin möhkəm olması hamıya yaxşı məlumdur. Mədəni-təhsil əlaqələrinin qorunub saxlanması da çox əhəmiyyətlidir. Axı elmi işlər və dissertasiyalardan ibarət belə bir bazanın toplandığı ikinci başqa bir dil yoxdur. Odur ki, əgər elmi məktəblərin və birgə layihələrin qorunub saxlanılmasında maraqlıyıqsa, şəksiz ki, sabit inkişaf və mehriban qonşuluq münasibətləri dili olan rus dilini qoruyub saxlamalıyıq. Azərbaycan həmişə bu baxımdan çox müdrik dil siyasəti yürüdüb.

-Dediniz ki, Bakıda olmusunuz. Nə kimi təəssüratlarınız qalıb?

-Mən bu şəhərin müasir rayonlarla Sovet İttifaqından miras qalmış rayonların yanaşı olduğu dövrünü görmüşəm. Böyük fasilədən sonra yenidən Azərbaycana gəldim. Məndə elə hiss yarandı ki, tamamilə başqa bir ölkəyə düşmüşəm. Bakı nağıl kimi bir şəhərdir. Burada Şərq ənənələri ilə Avropa texnologiyaları, Şərq dəbdəbəsi ilə Avropa nəfisliyi qeyri-adi vəhdət təşkil edir... Heyrətamiz təəssüratdır.

-Rus dilini postsovet məkanında beynəlxalq ünsiyyət dili kimi qoruyub saxlamaq, onu daha geniş yaymaq üçün nə etmək lazımdır?

-Azərbaycan Prezidentinin rus dilində mükəmməl danışması və rus dilinin yayılmasına hər cür şərait yaratması, şəksiz ki, istər ölkələrimizin liderlərinin münasibətləri, istərsə də Azərbaycanın dil siyasəti kimi, çox mühüm siyasi amildir. Axı iqtisadi baxımdan güclü olan ölkənin dili də güclüdür. İqtisadi layihələr nə qədər çox olsa, iş yerləri bir o qədər çox olar, deməli, rus dilinə maraq nə qədər çoxdursa, bu dili öyrənmək üçün məktəblər də çoxdur. Ali tibb, teatr, mühəndislik, rəssamlıq məktəblərimizin rəqabətə davamlı olması da daha bir amildir. Hər il əcnəbi tələbələr üçün 15 min büdcə yeri ayrılır və kvotaların artırılacağı ehtimal olunur, çünki arzu edənlərin sayı olduqca çoxdur. Deməli, Rusiya təhsilini bundan sonra da irəlilətmək və onu daha keyfiyyətli etmək lazımdır. Turizm infrastrukturu da inkişaf etdirilməlidir. Şübhəsiz ki, bütün bunlar Rusiyanın imicinin yaxşılaşmasına, rus dilinin dünya ölkələrində, o cümlədən Azərbaycanda yayılmasına və qorunub saxlanmasına şərait yaradacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir VİDEO

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək