Marqarita Simonyan Ukraynaya qarşı cinayətlərdə ittiham edilir
Kiyev, 1 aprel, AZƏRTAC
Ukrayna Təhlükəsizlik Xidməti (UTX) rusiyalı jurnalist Marqarita Simonyanı müxtəlif cinayətlərdə ittiham edib.
AZƏRTAC xəbər verir ki, UTX-nin yaydığı məlumata görə, erməniəsilli M.Simonyan haqqında cinayət işi açılıb. O, Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə, o cümlədən Ukraynanın ərazi bütövlüyünə qəsddə, hərbi hərəkətlərin təbliğində ittiham olunur.
“Hələ 2023-cü ildə Simonyan Ukraynanın ərazi bütövlüyünə qəsd etməkdə şübhəli bilinirdi. Ukraynalıların soyqırımına çağırış edən rusiyalı təbliğatçı Marqarita Simonyanın yeni cinayətləri sənədləşdirilib. Həmin cinayətlər arasında onun 2023-cü ilin dekabrında ukraynalı uşaqların kütləvi şəkildə öldürülməsinə dair ictimai çağırışları da var. Bundan əlavə, o, Ukraynanın mülki infrastrukturuna raket və bomba hücumlarının davam etdirilməsi üçün dəfələrlə kampaniya aparıb”, - deyə UTX-nin məlumatında qeyd olunur.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]
Qazaxıstanda “New Silk Way” beynəlxalq nəqliyyat-logistika forumu keçirilir
- 15.10.2026 [11:23]
Qara dənizdə tankerdə baş verən yanğın nəticəsində 8 nəfər itkin düşüb
- 15.10.2026 [11:18]
Keniyada Ebola virusuna ikinci yoluxma halı qeydə alınıb
- 15.10.2026 [11:08]
Pakistanda məktəbin damının çökməsi nəticəsində 19 nəfər həlak olub
- 15.10.2026 [10:55]
Yenilənməyəcəyi təqdirdə Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üzləşə bilər
Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi
- 14.10.2026 [23:55]
Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir
- 14.10.2026 [22:48]
Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub
- 14.10.2026 [22:42]
Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə
- 14.10.2026 [22:04]
Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO
- 14.10.2026 [22:02]
Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər
- 14.10.2026 [21:48]