Martın 12-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Axşama doğru buludluluğun artacağı, gecə yağış yağacağı gözlənilir.
Temperatur gecə 3-5° isti, günün birinci yarısında 14°-dək, axşama doğru isə 6°-yə yaxın isti, Bakıda gecə 3-5° isti, günün birinci yarısında 14°-dək, axşama doğru isə 6°-yə yaxın isti olacaqdır.
Atmosfer təzyiqi normadan aşağı 756 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 60-70 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
arabir yağıntı olacağı gözlənilir.
Temperatur gecə 1-6°, gündüz 12-17° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşama doğru yağıntı olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacaqdır.
Qazax, Gəncə, Goranboy,
Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşama doğru yağış yağacağı gözlənilir.
Temperatur gecə 2-7°, gündüz 8-13° isti təşkil edəcəkdir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ,
İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz və Qusar rayonlarında
gecə və səhər bəzi yerlərdə duman, çiskin, axşama doğru yağıntı olacağı gözlənilir.
Temperatur gecə 0-5°, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaqdır.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir,
İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan və Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam yağış yağacağı gözlənilir.
Temperatur gecə 2-7°, gündüz 12-17° isti təşkil edəcəkdir.
Masallı, Yardımlı,
Lerik, Lənkəran və Astara rayonlarında
gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, axşam yağış yağacağı gözlənilir.
Temperatur gecə 5-7°, gündüz 9-14° isti, dağlarda gecə 0-4°, gündüz 5-9° isti olacaqdır.
Xəbərdarlıq
Martın 12-si axşam şimal və qərb rayonlarından başlayaraq 15-dək ölkə ərazisində hava şəraitinin yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Temperatur ötən günlə müqayisədə 5-9° aşağı enəcəkdir. Martın 12-si axşamdan 13-ü gündüzədək bəzi yerlərdə güclü şimal-qərb küləyi əsəcəkdir.