CƏMİYYƏT
Martın 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu, əsasən yağmursuz. Səhər bəzi yerlərdə zəif duman.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 15-20° isti, Bakıda gecə 6-8° isti, gündüz 14-16° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcək.
Nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-65 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında
Əsasən yağmursuz.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 16-21°, bəzi yerlərdə 25°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Əsasən yağmursuz.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Əsasən yağmursuz.
Havanın temperaturu gecə 6-11° isti, gündüz 17-22°, bəzi yerlərdə 25°-dək isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz,Qusar rayonlarında
Əsasən yağmursuz. Bəzi yerlərdə duman.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən yağmursuz.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23°, bəzi yerlərdə 26°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Əsasən yağmursuz. Səhər dağlarda duman.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 18-23°, bəzi yerlərdə 25°-dək isti, dağlarda gecə 2-7° isti, gündüz 13-18° isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz
Martın 15-də Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, 16-17-də atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.