Martın 17-də Azərbaycan ərazisində Hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu, əsasən yağmursuz olacaqdır. Axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18°, bəzi yerlərdə 22°-dək isti, Bakıda gecə 8-10° isti, gündüz 15-17° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunundan 752 mm civə sütununa enəcək.
Nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında
Əsasən yağmursuz. Lakin günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Havanın temperaturu gecə 7-11° isti, gündüz 16-21°, bəzi yerlərdə 25°-dək isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Əsasən yağmursuz, lakin günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Əsasən yağmursuz, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman. Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20°, bəzi yerlərdə 23°-dək isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Əsasən yağmursuz, lakin günün ikinci yarısından başlayaraq bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-18° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən yağmursuz, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman.
Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20°, bəzi yerlərdə 25°-dək isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Əsasən yağmursuz, lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər dağlarda duman.
Havanın temperaturu gecə 6-10° isti, gündüz 15-20°, bəzi yerlərdə 23°-dək isti, dağlarda gecə 6-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.