Martın 21-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-16° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcəkdir.
Nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-65 faiz təşkil edəcəkdir.
Naxçıvan Muxtar Respublikasında
Əsasən yağmursuz.
Havanın temperaturu gecə 1-6° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 14-19° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman.
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 8-13° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Əsasən yağmursuz.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman, çiskin.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 14-19° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman, çiskin.
Havanın temperaturu gecə 4-7° isti, gündüz 13-18° isti,
dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti olacağı gözlənilir.