Martın 28-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Dəyişkən buludlu, səhər və axşam ayrı-ayrı yerlərdə duman olacağı
gözlənilir. Gecəyə doğru isə havanın tutulacağı, yarımadanın bəzi
yerlərində çiskinli olacağı ehtimalı var.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-16° isti,
Bakıda gecə 5-7° isti, gündüz 12-14° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa
yüksələcək. Nisbi rütubət gecə 80-90 faiz, gündüz 60-70 faiz təşkil
edəcək.
Naxçıvan Muxtar Respublikasında
Gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən
yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 12-17° isti olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd,
Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy
rayonlarında
Axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən
yağmursuz keçəcəyi gözlənilir.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti,
gündüz 4-9°, bəzi yerlərdə 12°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam,
Füzuli, Cəbrayıl rayonlarında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman, çiskin.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti olacağı
gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı,
Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında
Gecə və səhər bəzi yerlərdə dumanlı, çiskinli, axşam isə yağıntılı
olacağı gözlənilir.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti,
dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman, çiskin.
Havanın temperaturu gecə 3-8° isti, gündüz 13-18° isti
olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman, çiskin.
Şimal-şərq küləyi 5-10 m/s.
Havanın temperaturu gecə 5-8° isti, gündüz 11-16° isti,
dağlarda gecə 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.