MASALLI RAYONUNDA BADIMCAN YIĞIMINA BAŞLANMIŞDIR
Masallı, 4 iyul (AZƏRTAC). Masallı rayonunun tərəvəz sahələrində badımcan yığımına başlanmışdır.
Kalinovka kəndində əkilmiş 382 hektar tərəvəz sahəsinin 300 hektarını badımcan bitkisi təşkil edir. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 30 faiz çoxdur.
Artıq kənddə badımcan yığımı sürətlə davam edir. Yaxın günlərdə isə torpaq mülkiyyətçiləri və fermerlər pomidor məhsulunun tədarükünə başlayacaqlar.
Tərəvəz məhsullarının satışı ilə bağlı ölkəmizin mərkəzi şəhərlərində və Rusiyada fəaliyyət göstərən istehlakçılarla müqavilə bağlanmışdır.
Xatırladaq ki, 2009-cu ilin 6 ayında Masallı rayonunda 5.679 hektar sahədə yazlıq bitkilər əkilmişdir. Bunun 654 hektarını paxlalı bitkilər, 95 hektarını qarğıdalı, 239 hektarını günəbaxan, 1.626 hektarını kartof, 2.739 hektarını tərəvəz, 624 hektarını isə bostan bitkiləri təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]