Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO
Bakı, 9 iyun, AZƏRTAC
Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əməliyyat zamanı əvvəllər məhkum olunmuş 43 yaşlı Cavat Qasımov saxlanılıb. Ondan ümumilikdə 7 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.