Masallıda cüdo üzrə region birinciliyinə yekun vurulub
Bakı, 4 noyabr, AZƏRTAC
Masallıda cənub bölgəsi üzrə 2000-2005-ci il təvəllüdlü yeniyetmə cüdoçular arasında region birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda 100-dək cüdoçu qüvvəsini sınayıb.
Birinciliyə Masallı, Salyan, Biləsuvar, Lənkəran, Şirvan və İmişlidən olan idmançılar qatılıblar.
Qaliblər federasiyanın diplom, medal və mükafatları ilə təltif ediliblər.