Masallıda şahmat üzrə rayon birinciliyinə yekun vurulub
Masallı, 14 iyul, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon Gənclər və İdman İdarəsinin, Rayon Uşaq-Gənclər İdman Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə uşaqlar, yeniyetmələr və gənclər (oğlan və qızlar) arasında keçirilən şahmat üzrə rayon birinciliyinə yekun vurulub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iki gün davam edən yarışın yekun nəticəsinə əsasən uşaqlar oğlanlar arasında Taleh İmaməli birinci, Fazil Məhərrəmli ikinci, Miryusif Sadıqlı üçüncü yerlərə layiq görülüblər.
Qızlar arasında Lalə Ağacanova, Leyla Ağacanova və Ayan Zeynallı fərqləniblər.
Yeniyetmə oğlanlar arasında Fuad Ağacanov birinci, Heydər Hüseynzadə ikinci, Səid Allahverdiyev üçüncü yerləri tutublar.
Yeniyetmələr qızlar arasında isə Zeynəb Quliyeva, Mələk Hüseynova və Aytac Quliyeva mükafata layiq yerlərə sahib olublar.
Gənc oğlanlar arasında birinci yerə Əli Ramazanov, ikinci yerə Saleh İmaməli və Bağır Ağazadə üçüncü yerlərə layiq görülüblər.
Gənc qızlar arasında isə Səma Sadıqlı, Zəhra Dadaşova və Nuray Əliyeva fərqləniblər.
Qaliblərə Masallı Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.