REGİONLAR
Masallıda sərtləşdirilmiş karantin rejiminin tələblərini pozan çay evi aşkarlanıb
Masallı, 7 iyul, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunda sərtləşdirilmiş karantin rejiminin tələblərini pozan şəxslərlə bağlı tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Masallı Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti reyd zamanı karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çay evi aşkarlanıb.
Çay evinin icarədarı Kənan Mirzəxanlı və müştəriləri sərtləşdirilmiş karantin rejiminin tələblərini pozduqlarına görə Masallı Rayon Polis Şöbəsinə gətiriliblər.
Xüsusi karantin rejiminin tələblərini pozan 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib, onlar cərimə olunublar.