Masallının Köçəkli kəndində “Şəhidlər” abidə kompleksinin inşasına başlanılıb
Masallı, 16 dekabr, Bağır Əliyev, AZƏRTAC
İşğal olunan torpaqlarımız düşmən tapdağından azad edildi, şəhidlərimizin qanı yerdə qalmadı. Hər birimizin qürur və fərəh yeri olan qəhrəman oğullarımızın adlarının əbədiləşdirilməsi onların ruhuna hörmət və ehtiramın ifadəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir neçə gündür Masallı rayonunun Köçəkli kəndində şəhidlərin xatirəsinə abidənin inşasına başlanılıb.
Abidə kompleksinin tikintisi kənd xeyriyyə cəmiyyətinin təşəbbüsü, xeyirxah insanların köməyi ilə reallaşır.
Bu nəcib aksiya - əbədiyyətə qovuşmuş döyüşçülərimizin xatirəsinin əziz tutulması onların doğmalarının, kənd sakinlərinin böyük razılığı ilə qarşılanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [17:21]
Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub
- 02.10.2026 [16:01]
Gəncədə narkokuryerlik etməkdə şübhəli bilinən şəxs saxlanılıb VİDEO
- 02.10.2026 [16:01]
“Şirvangöl” şadlıq sarayında saxta “Sobranie” araqları müsadirə edilib
- 02.10.2026 [13:18]