Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər
Kişineu, 16 aprel, AZƏRTAC
Moldovanın Avropa İttifaqına (Aİ) daxil olması ilə bağlı referendum konstitusion xarakterlidir və oktyabrın 20-də keçirilə bilər.
Bu barədə AZƏRTAC Moldova Prezidenti Maya Sandunun feysbuk səhifəsinə istinadla xəbər verir.
“Konstitusiya Məhkəməsi qərar qəbul edib - Aİ-yə daxil olmaq üçün konstitusion qaydada referendum keçirilməlidir. Səsvermə oktyabrın 20-də keçirilə bilər. Referendumda qoyulacaq sual belə olacaq: “Siz Moldova Respublikasının Avropa İttifaqına daxil olmasının tərəfdarısınızmı?” – deyə M.Sandu yazıb.
Bundan əvvəl Moldovanın Konstitusiya Məhkəməsi Konstitusiyaya avrointeqrasiyaya dair və müvafiq referendumun keçirilməsi ilə bağlı müddəaların tətbiqini təsdiqləyib.
“Bizə birlik lazımdır, hər bir partiyanın, ictimai təşkilatın, vətəndaşın iştirakı lazımdır ki, birlikdə moldovalıların əmin-amanlığına və rifahına zəmanət verə bilək. Biz Avropanın Moldovası ideyası uğrunda birləşərək, ümumi məqsədimizə - moldovalıların güclü Avropa ölkəsində sülh, əmin-amanlıq və azadlıq şəraitində yaşamasına nail olacağıq”, - deyə Moldova Prezidenti vurğulayıb.
Qeyd edək ki, Avropa Şurası 2023-cü il dekabrın 14-də Brüsseldə keçirilən sammitdə Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqların başlanmasını dəstəkləyib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
- 20.09.2026 [12:29]
Mançester hava limanında uçuşlar zolaqdakı çuxura görə gecikib
- 20.09.2026 [12:29]
İraqda İŞİD üzvü olan 6 Fransa vətəndaşı məhkəmə qarşısına çıxarılıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]
Meysəridə festival axşamı: səhnədə sevilən ifaçılar
- 19.09.2026 [23:42]
Trabzonda “Qara dəniz fırtınası”- “Qalatasaray” böyük hesabla məğlub olub
- 19.09.2026 [23:25]
Mahaçqala hava limanında məhdudiyyətlər tətbiq olunub
- 19.09.2026 [23:00]
Media: Husilər Səudiyyə Ərəbistanına hücumlar təşkil ediblər
- 19.09.2026 [22:54]
Naxçıvanda “Velo Fest” velosiped festivalı
- 19.09.2026 [22:33]
Donald Tramp: Süni İntellekt Qüvvələri yaradıram
- 19.09.2026 [22:22]
Astarada yol qəzasında 4 nəfər xəsarət alıb, ata və oğulun vəziyyəti ağırdır
- 19.09.2026 [22:09]
Azərbaycanın xarici siyasətində Türk dünyası prioritet təşkil edir – ŞƏRH
- 19.09.2026 [21:53]