Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mayın 3-ü Türk Dünyasının Həmrəyliyi Günüdür

Mayın 3-ü Türk Dünyasının Həmrəyliyi Günüdür

Bakı, 3 may, Səadət Hakıyeva, AZƏRTAC

Hər xalq öz keçmişini, tarixini bilməli, özünü tanımalı və əcdadlardan qalan mirası yaşatmalıdır. Türkçülük milliyyətçilik demək deyil. Özünü türk sayanlar kim olduqlarını, harada doğulduqlarını, tarixlərini mütləq bilməlidir.

Hər il may ayının 3-ü Türk dünyasında Türk Dünyasının Həmrəyliyi Günü kimi qeyd olunur. Türkçülük bayramının keçirilməsinin tarixi 80 ilə yaxındır. Bu tarixi gün ilk dəfə 1944-cü il may ayının 3-də Topxana hərbi həbsxanasında Nihal Atsız, Zeki Velidi Togan, Nehdet Sançar və Reha Oğuz Türkkan başda olmaqla, on nəfər məhkum tərəfindən qeyd edilib. Bundan sonra həmin gün daha geniş kütləni əhatə edərək, türkçülər arasında yüksək səviyyədə qeyd olunmağa başlayıb və bir ənənə halını alıb.

AZƏRTAC xəbər verir ki, Türk dünyasının birlik və qardaşlıq rəmzinə çevrilmiş Türk Dünyasının Həmrəyliyi Günü (Türkçülük Günü) Azərbaycanda 1992-ci ilin may ayından qeyd olunur.

Türkçülük Gününə gətirən proseslər 1942-ci ildən başlayıb. Belə ki, həmin dövrdə Türkiyənin Baş naziri milli düşüncə sahibi Şükrü Saraçoğlu olsa da, dövlət məmurları arasında kommunistlərin də sayı az olmayıb. Təhsil naziri Hasan Ali Yücel kommunist olduğunu açıq söyləyir, bu siyasi görüş daşıyıcılarını orta və ali təhsil ocaqlarına yerləşdirirdi. Ölkədə kommunizm ideologiyasının yayılması, milli düşüncənin sıxışdırılması millətçi ziyalıları narahat edirdi. Dövrün böyük fikir adamlarından Nihal Atsız və digər ziyalılar prosesin dayanması üçün addımlar atılmasını vacib sayır, “Bozkurt”, “Orhun”, “Çınaraltı” nəşrlərində kommunizm əleyhinə yazılar dərc edirdilər.

Türk ziyalılarının Sovet İttifaqının timsalında kommunizmin türk irqinin məhvinə yönəlik ideologiya olduğunu bildirən məqalələri kommunistlərə qoşulan xeyli gənci bu yoldan çəkindirdi. Ancaq kommunistlər təşkilatlanmaqda davam edir və sayları artırdı. Həmin günlərdə Nihal Atsız Şükrü Saraçoğluna açıq məktub yazır. Məqalə “Orhun” nəşrinin 1944-cü il mart sayında dərc edilir. Məktubda təhsil naziri Hasan Ali Yücelin əmri ilə məktəblərdə, universitetlərdə kommunizmi təbliğ edən çap məhsullarının yayıldığı, bunun üçün ianə toplandığı bildirilir. Onun bu məsələdə ən yaxın silahdaşının Sebahattin Ali olduğu göstərilir. Bu hadisə Türkiyə tarixinə kommunizm əleyhinə ən böyük mitinq kimi yazılır.

Nihal Atsız: 3 may tarixi türkçülüyün tarixində bir dönüş nöqtəsidir

Yazılanlar təhsil naziri üçün ciddi problemə çevrilir. Nazir Yücel və “Ulus” qəzetinin baş redaktoru Falih Rıfkı Atayın təşviqi ilə Sabahattin Ali Nihal Atsızı məhkəməyə verir. 1944-cü il aprelin 26-da başlanan məhkəmə prosesi elə böyük marağa səbəb olur ki, insanların çoxluğundan hakimlər salona girməkdə çətinlik çəkirlər. Məhkəməni davam etdirmək mümkün olmadığı üçün proses mayın 3-dək təxirə salınır.

Məhkəmə başlayan saatlarda milliyyətçi gənclik Ankarada böyük etiraz yürüş-mitinqi keçirir, türkçülüyə dava açanların cəzalandırılmasını tələb edirlər. Hökumət mitinqi dağıdır, 165 tələbə həbs edilərək Ankara zindanlarına salınır, onlara ağır işgəncələr verilir. Bu hadisə Türkiyə tarixinə kommunizm əleyhinə ən böyük mitinq kimi keçir.

Mayın 3-də məhkəmə Nihal Atsızı da həbs edir. O, hücrələrinə bir nəfərin güclə sığa biləcəyi və buna görə də “tabutluq” adlandırılan həbsxanaya göndərilir.

İllər sonra N.Atsız həmin günlər haqqında yazırdı: “3 may türkçülüyün tarixində bir dönüş nöqtəsidir. O zamana qədər yalnız duyğu və düşüncə olan, ədəbi və elmi sərhədləri çox da aşmayan türkçülük birdən-birə geniş bir hərəkata çevrildi. 3 may türkçülərin günü olsa da, ona bir bayram deyə bilməcəyəyik. Çünki illərlə sürəcək böyük iztirabımız həmin gündən başladı. Ona bir matəm demək də qəbul edilməz. Çünki həmin gün bizə bu qədər sıxıntı arasında böyük bir imtahan vermək, ürəkləri ilə ürəksizləri ər meydanında sınaqdan çıxarmaq, yaxşı ilə yamanı ayırmaq fürsəti verdi. Türkçülər, kütləvi və ya fərdi olaraq 3 Mayı xatırlayaq və ucaldaq”.

1945-ci ilin martın 29-na kimi davam edən məhkəmə prosesində Türkiyə siyasətinin 23 önəmli şəxsi haqqında “vətənə xəyanət” maddəsi ilə həbs qərarı çıxarılır. Zeki Velidi Togan, Alparslan Türkeş, Nihal Atsız, Reha Oğuz Türkkan, Cihat Savaş Fer, Nurullah Barıman, Fethi Tevetoğlu, Nejdet Sançar, Cebbar Şenel və Cemal Oğuz Öcal kimi milli düşüncəli insanlar həbsxanalarda ağır işgəncələrə məruz qalırlar. Ancaq məhkəmə müddəti bununla başa çatmır. Məhkumların hüquqlarını qoruyan vəkillər onların azad edilməsi üçün üst məhkəmələrə müraciət edir. 1947-ci il martın 31-də məhkumlar bəraət alırlar.

1954-cü ildən isə Nihal Atsızın istəyi ilə hər il həmin gün Türkçülük Günü kimi qeyd olunmağa başlayıb. Alparslan Türkeş Milliyyətçi Hərəkat Partiyasını qurandan bu günə qədər 3 may daha geniş qeyd olunur.

Türkçülük Günü Azərbaycanda da geniş qeyd edilir

Türkçülük Günü Azərbaycanda da populyardır. 1992-ci ilin məhz bu günündə Bakıya gələn rəsmi nümayəndə heyətinin tərkibində olan əfsanəvi türk lideri Alparslan Türkeş Azadlıq meydanında bir milyona yaxın insan qarşısında çıxış edib və birlikdə türkçülərin “Bozqurd” işarəsi ilə toplananları salamlayıb.

Türk dünyasına xidmət edən və milli düşüncəmizə türkçülük anlayışını gətirən azərbaycanlılardan Fransanın tanınmış Sorbon Universitetində təhsil alan ilk azərbaycanlı olan Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, İsmayıl bəy Qaspıralı, Hüseyn Cavid, Məhəmməd Hadi və digərlərinin adlarını çəkmək mümkündür. Onların məqsədləri, ilk növbədə, türk xalqlarının mədəni birliyinə nail olmaq idi. Bu insanların qayəsi ondan ibarət idi ki, milliyyətçilik başqa millətləri sevmək, başqa millətlərlə bərabər öz adət və ənənələrini, tarixini qoruyub, gələcək nəsillərə ötürməkdir.

Bu il həm Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi, həm də müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunur. Təsadüfdürmü, yoxsa bağlılıq, demək çətindir, amma bir şey aydındır - hər iki qardaş xalq, dövlət - Azərbaycan və Türkiyə nəinki 3 May - Türkçülük Gününün, bütün bayramların sevincini bərabər yaşayır və qeyd edir.

Ulu Öndər Heydər Əliyev 1997-ci il mayın 8-də Türkiyənin iş adamları ilə görüşündə söylədiyi nitqində soyqırımı illərində Türkiyənin yaradıcısı Mustafa Kamal Atatürkün Azərbaycana göstərdiyi böyük diqqəti yüksək qiymətləndirərək deyib: “Böyük Mustafa Kamal Atatürk 1918-1920-ci illərdə həmin erməni millətçilərinin, daşnaklarının azərbaycanlıların başına nə bəlalar gətirdiklərini yaxşı bilirdi. Azərbaycanda nə qırğınlar etmişdilər, yaxşı bilirdi. Məhz Mustafa Kamal Atatürkün və onun kimi insanların iradəsi nəticəsində 1918-ci ildə Türkiyənin Qafqaz Ordusu Azərbaycana gəldi, Naxçıvanda, Qarabağda, Gəncədə, Bakıda azərbaycanlıları erməni qırğınından xilas etdi. Biz bunları unutmuruq”.

1920-ci il may ayının 3-də isə Mustafa Kamal Atatürk Şərq cəbhəsi komandanı Kazım Qarabəkir Paşaya aşağıdakı məz¬mun¬da bir ¬məktub yazır: “Dövlətdə heç pul qalmadı. Ölkə daxilində pul təmin edə bilə¬cə¬yi¬miz bir qaynaq yoxdur. Başqa qaynaqlardan pul əldə edənə qədər Azərbaycan hökumətindən borc pul alınmasını təşkil etmənizi istəyirəm”. Kazım Qarabəkir Paşa Atatürkün bu istəyini Azərbaycan hökumətinə bildirir. Bu, Azərbaycan SSR ilə Ankara hökuməti arasındakı ilk rəsmi təmas idi. 1921-ci ildə Azərbaycandan Türkiyəyə qardaş əli uzanır. Bu qardaş əllər heç vaxt biri-birindən qopmayacaq. Biz buna 44 günlük Vətən müharibəsində, Türkiyədə zəlzələ vaxtı bir daha əmin olduq.

Türkdilli ölkələri bir araya gətirən Türk Dövlətləri Təşkilatı

Türkdilli dövlətləri bir araya gətirən Türk Dövlətləri Təşkilatı (keçmiş adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası-red.) 2009-cu il oktyabrın 3-də Naxçıvan şəhərində təsis edilib. Əsas üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyədir, müşahidəçi üzvləri isə Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasıdır. Türk Dövlətləri Təşkilatının üç mərkəzi var - İstanbul, Bakı və Astana. İstanbul qurumun ümumi katibliyinin, Bakı parlament assambleyasının, Astana isə Beynəlxalq Türk Akademiyasının mərkəzidir.

Türkdilli ölkələrin dövlət rəhbərləri ildə bir dəfə rəsmi, bir dəfə də qeyri-rəsmi olaraq müxtəlif şəhərlərdə toplanırlar. Bundan əlavə, üzv ölkələrin xarici işlər nazirləri də il ərzində davamlı olaraq iclaslar keçirirlər. Bu il martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşü keçirilib.

Bu il aprelin 27-28-də isə Türkiyə paytaxtında Türk Dövlətləri Parlament Assamleyasının (TÜRKPA) XII plenar iclası keçirildi və iclasda yekun sənədi olaraq Ankara Bəyannaməsi imzalandı. Sənəddə üzv ölkələrin bir- birinin suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və qarşılıqlı hörmət əsasında Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dəstək bir daha təsdiqlənir, bu prosesin Cənubi Qafqazda davamlı sülhün, sabitliyin əldə edilməsində mühüm amil olacağına inam ifadə olunur.

Azərbaycan-Türkiyə münasibətləri

Bu gün bəşəriyyətin çoxəsrlik tarixinin parlaq səhifələrindən birini bənzərsiz dostluq, qardaşlıq və strateji tərəfdaşlıq nümunəsi olan Azərbaycan-Türkiyə münasibətləri təşkil edir. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” tezisi bu gün öz təntənəsini yaşayır. Şübhəsiz ki, Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsi və Türk dünyasının birləşməsində Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın misilsiz xidmətləri və əməyi var. Bu gün fəxrlə deyə bilirik ki, siyasi, iqtisadi, hərbi gücünə görə Türkiyə dünyanın ən qüdrətli dövlətlərindən biridir. Qardaş ölkənin bu yüksəlişi bizi ürəkdən sevindirir, çünki Türkiyənin gücü Azərbaycanın gücü, Azərbaycanın gücü isə Türkiyənin gücüdür.

İctimaiyyət nümayəndələri nə düşünürlər?

Milli Məclisin deputatı Elşad Mirbəşiroğlunun sözlərinə görə, müasir mərhələdə türkçülük ideyası yeni bir keyfiyyət mahiyyəti qazanmaqdadır. Türk dünyasında birliyin, həmrəyliyin gücləndirilməsində İslam amilinin önə çəkilməsi böyük əhəmiyyət kəsb edir. Ərdoğanın liderliyi dövründə Türkiyə Mərkəzi Asiyada və bütövlükdə Yaxın Şərqdə türk mənsubluğu və İslam amili üzərindən Türk dünyasının birliyinin əsas hərəkətverici qüvvəsi kimi çıxış edir. TDT və İƏT çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi böyük bir coğrafiyada həmrəyliyin, qardaşlığın, dostluğun, konstruktiv əməkdaşlığın daha da inkişaf etməsinə zəmin yaratmaqdadır.

Azərbaycan Türk Ocağı İctimai birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı isə bildirib ki, 3 May - Türkçülük Günü rəsmi bayram kimi qeyd olunmasa da, bu gün Türkiyənin ictimai-siyasi tarixinin bir parçasıdır. Alpaslan Türkeşin dediyi kimi, 3 May - Türkçülük Günü milli zəmin üzərində yeni Türkiyə inşa etməyi qarşılarına məqsəd qoyan milli düşüncəli insanlar üçün çox müqəddəs gündür.

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının İdarə Heyətinin üzvü, ictimai fəal Nərgiz Xələf isə bununla bağlı deyib: “Bir Azərbaycan vətəndaşı və türk olaraq Türk dünyasında dirçəliş, yaxınlaşma, get-gedə öz soyuna sahiblənmə prosesinin yüksəlməsini görmək məni xoşbəxt edir. Bu məsələdə Azərbaycanın rolu öz yerində, o cümlədən Ərdoğanın simasında Türkiyənin rolu inanılmaz dərəcədə böyükdür. Bu, hətta Türkiyə daxilində mədəni-mənəvi təbliğat səviyyəsində də hiss olunur”.

Çoxlarının fikrincə, ortaq türk tarixinin yazılması, ortaq türk dilinin olması Türk dünyasını daha həmrəy edə bilər. Hazırkı proseslərin gedişi onu deməyə imkan verir ki, yaxın zamanlarda bu məqsədə də nail olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişli Şəkər Zavodunun boş anbarında baş verən yanğının görüntüləri

Qızılın qiyməti son bir ayyarımın minimumuna düşüb

® Bakıda “Xsolla” şirkətinin Tədqiqat və İnkişaf Mərkəzi fəaliyyətə başlayıb

FHN: Ötən həftə ərzində 469 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Yaponiyanın yeni raket sistemləri ilk dəfə ABŞ-lə birgə təlimlərdə nümayiş etdiriləcək

Ümumdünya Quduzluqla Mübarizə Günü: Ölümlə nəticələnən təhlükədən necə qorunmalı?

London Fairford bazasına hücum planında İranın mümkün rolunu araşdırır

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Tramp süni intellektlə bağlı bəyanat verəcək

İran ABŞ ilə Nyu-Yorkda yeni danışıqlar raundu planlaşdırmır

Yasamal və Nizami rayonlarında elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq

Əraqçi: Tehran istənilən münaqişəyə tab gətirməyə hazırdır

“Politico”: Aİ dörd ölkə üçün mərhələli üzvlük planları hazırlayır

Tramp ABŞ-dən dizel yanacağı ixracına qadağa qoyulmasını nəzərdən keçirir

Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib

“Hizbullah” Livanı İsraillə ikitərəfli danışıqları dayandırmağa çağırıb

İraq ABŞ-dən İranla uçuşlara icazə verməsini istəyir

Xaçmazda baş verən avtoqəza ilə əlaqədar xəstəxanaya 9 nəfər müraciət edib YENİLƏNİB

Tokayev: Xəzərdə həlak olan hərbçilərə xilasetmə jiletləri verilməyib

Media: Netanyahu BƏƏ Prezidenti ilə görüşmək üçün gizli şəkildə Əbu-Dabiyə gedib

Elnarə Zeynalova: Yubiley tədbirləri gənclərdə klassik irsə marağı artırır

Kiyevdə soydaşlarımızın da çalışdığı bazara hava zərbəsi endirilib, ölənlər var

Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar

Fransada Senat seçkilərinin ilk nəticələri: sağçı və mərkəzçi qüvvələr öndədir

Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib

Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib

Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib

Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH

Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib

ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib

Samir Qulamov: "Bir nəfəs qədər" Azərbaycanda Zəfərə həsr olunan ilk səhnə əsərlərindən biridir

AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib

BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib

Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub

AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər

Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib

Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib

Altmış yeddi yaşlı həmyerlimiz ölkəmizi 52-ci Berlin Marafonunda təmsil edib

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

Anım Günü: Zəfərin qəhrəmanları dərin ehtiramla yad edilib - YENİLƏNİB-2 VİDEO

“AzerGold” QSC-nin kollektivi Zəfər parkını və şəhid əməkdaşlarının məzarlarını ziyarət edib

Gürcü politoloq: 27 Sentyabr Cənubi Qafqazda yeni inkişaf mərhələsinin başlanğıcıdır

Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH

Dövlət Komitəsinin kollektivi Anım Günündə şəhidlərin xatirəsini yad edib

Azərbaycan Ordusunda Anım Günü silsilə tədbirlərlə qeyd olunub

Bu saata olan əsas xəbərlər

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Media və Yayım Şurasının kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və xaricdəki soydaşlarımız Zəfər parkını ziyarət ediblər

Niyazinin mənzil-muzeyində Anım Gününə həsr edilmiş tədbir təşkil olunub

BDU kollektivi şəhidlərin xatirəsini ehtiramla yad edib

Malayziyada yaşayan Azərbaycan icması şəhidlərimizin xatirəsini yad edib

Nic qəsəbəsindəki kilsədə şəhidlərimiz anılıb

XRİTDX Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla anıb

Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb - YENİLƏNİB-2

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi İranda anılıb

Osloda Anım Günü: Şagirdlər şəhidlərimizə həsr olunmuş xüsusi guşə yaradıblar

AQTA-nın kollektivi şəhidləri anıb

Maliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan qəhrəmanlarının xatirəsini ehtiramla yad edirik

Britaniyada terror aktı hazırlığında şübhəli bilinən 5 nəfər saxlanılıb

Şəhidlərin xatirəsinə ehtiram: Tərtər və Ağdamda anım mərasimləri

Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq

Elmi ictimaiyyətin nümayəndələri şəhidlərimizin xatirəsini ehtiramla anıblar

İqtisadiyyat Nazirliyinin kollektivi Zəfər parkında şəhidlərin xatirəsini yad edib

Şimal bölgəsində silsilə anım tədbirləri və ağacəkmə aksiyaları təşkil olunub

ANAMA rəhbərliyi Zəfər parkını ziyarət edib

“Zəfərə doğru uzanan yol” - Trakya Universitetində konfrans

27 Sentyabr – Anım Günü Varşavada qeyd olunub

Milli Kitabxanada Anım Gününə həsr olunmuş virtual və ənənəvi sərgi açılıb

ƏƏSMN kollektivi Anım Günündə şəhidlərimizin xatirəsini anıb

Qazaxıstanda hərbi islahat planı hazırlanacaq

Mahir Emreli Litva ilə oyunda qol vuraraq əsgər salamı verib

Şimal-qərb bölgəsində Anım Günü: Şəhidlərin məzarları ziyarət olunub

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

AZƏRTAC-ın kollektivi Zəfər parkını ziyarət edib VİDEO

Zelenski: Ukrayna ordusu Donetsk vilayətində mühüm nəticələr əldə edib

Sankt-Peterburqda Anım Gününün altıncı ildönümü qeyd olunub

Mehmet Daniş: Vətən müharibəsi Türkiyə-Azərbaycan qardaşlığının daha bir nümunəsidir

Kənd Təsərrüfatı Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini ehtiramla yad edib

FHN kollektivi Zəfər parkını ziyarət edib

Tovuz və Qazaxda Anım Günü qeyd olunub

Anım Günü: İnsan hüquqları üzrə müvəkkil şəhidlərin xatirəsinə ehtiramını bildirib

Lənkəran və ətraf rayonlarda şəhidlərin xatirəsi yad edilib

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Zəngilanda və Cəbrayılda şəhidlərin xatirəsi yad olunub VİDEO

Şahin Bayramov: Anım Günü tarixi Zəfərimizin və milli dirçəlişimizin simvoludur

ETSN kollektivi şəhidlərin xatirəsini anıb

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

“Torpaqları azad edirik, bayraqları asırıq...” - şəhid həyat yoldaşının son telefon danışığı VİDEO

Şəhid ailələrinin “Zəfərin izi ilə” Şuşaya səfəri təşkil olunub

Energetika Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib

Millətlər Liqası: Litva və Azərbaycan yığmalarının start heyətləri açıqlanıb

Milli yaddaş, sülh və Böyük Qayıdış: Azərbaycan gəncliyindən beynəlxalq təşkilatlara müraciət

SEPAH ABŞ-yə məxsus pilotsuz sualtı aparatın ələ keçirildiyini açıqlayıb

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

Yeni Azərbaycan Partiyasının nümayəndələri Zəfər parkını ziyarət ediblər VİDEO

İordaniya mediasında 27 Sentyabr – Anım Günü haqqında məqalələr dərc edilib

TDT ölkələrinin enerji mütəxəssisləri Ankarada bacarıqlarını nümayiş etdiriblər

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Gəncədə Anım Günü silsilə tədbirlərlə yadda qalıb VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Sərhədçilər Anım Günündə şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edib VİDEO

Ağdamda Anım Günü münasibətilə “Mübariz” tamaşası nümayiş olunub, sərgi açılıb

Vətən müharibəsi şəhidlərinin xatirəsi Eskişehirdə də anılıb

Əsgər və zabitlərimiz misilsiz şücaət göstəriblər – Kişineuda Anım Günü qeyd edilib