M.DANENİN “ŞÖHRƏT” ORDENİ İLƏ TƏLTİF EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikasında gömrük işinin təkmilləşdirilməsində və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsində Ümumdünya Gömrük Təşkilatının rolunu nəzərə alaraq, həmin təşkilatın Baş katibi Mişel Dane “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 2 fevral 2006-cı il.