MDB İcraiyyə Komitəsində həyat keyfiyyətləri normativləri layihəsi razılaşdırılıb
Minsk, 9 iyun, AZƏRTAC
İyun 8-9-da Belarus paytaxtındakı MDB İcraiyyə Komitəsində beynəlxalq təcrübəyə uyğun olan həyat keyfiyyəti normativləri layihəsinin razılaşdırılması üzrə ekspert qrupunun iclası keçirilib. Bu barədə AZƏRTAC-a qurumun Minsk qərargahının mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikası, Belarus Respublikası, Qırğız Respublikası və Rusiya Federasiyasının həyat keyfiyyəti normativləri layihəsinə təklif və qeydləri müzakirə edildikdən sonra iclasın iştirakçıları layihəni yenidən işləyib razılaşıdırıblar.
Ekspert qrupunun iclasının materiallarını baxılma və dövlətdaxili razılşadırma üçün Birliyin üzv ölkələrinin hökumətlərinə göndərmək, sonra razılşadırılmış sənədi müəyyən edilmiş qaydada MDB Hökumət Başçıları Şurasının müzakirəsinə vermək qərara alınıb.
Həyat keyfiyyətləri normativlərinin işlənib-hazırlanması vəzifəsi 2020-ci ilədək olan dövrdə MDB-nin iqtisadi inkişaf strategiyasının birinci mərhələsinin həyata keçirilməsi üzrə tədbirlər planında müəyyən edilib.
Həyat keyfiyyəti normativləri bu istiqamətlərdə hazırlanıb: rifah, əhalinin sosial müdafiəsi, səhiyyə, təhsil, yaşayış şəraiti, məhsul və xidmətlərin keyfiyyəti, ekoloji vəziyyət, hüquqi müdafiə, mədəniyyət, bədən tərbiyəsi və idman, turizm.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk