MDB VƏ BALTİKYANI ÖLKƏLƏRİN DƏMİR YOLU NƏQLİYYATI ŞURASININ 42-Cİ TOPLANTISI
Azərbaycan Dəmir Yolunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, noyabrın 24-dək davam edəcək toplantıda Şuranın 41-ci yığıncağında qəbul edilmiş qərarların yerinə yetirilməsi vəziyyəti və dəmir yolları şəbəkələrinin 2005-ci ilin 9 aylıq istismar işlərinin yekunları barədə, 2006-2007-ci illərdə sərnişin və yük qatarları cədvəlinin normativləri, habelə yük qatarları və konteynerli vaqonların beynəlxalq yollarda tərtibatı planı haqqında məsələlər müzakirə ediləcəkdir.
Toplantının gündəliyinə, həmçinin konteynerlərin siyahıya alınmasının ilkin nəticələri, Birlik üzvü olan dövlətlərin Latviya, Litva və Estoniya respublikalarının mülkiyyəti olan yük vaqonlarından və konteynerlərdən birgə istifadə, yük vaqonlarının sayının artırılması, modernləşdirilməsi və təmiri ilə əlaqədar birgə razılaşmanın yerinə yetirilməsi haqqında, dövlətlərarası qatarlarda sərnişin daşınması qaydalarında dəyişiklik və əlavələrin edilməsi, dəmir yollarının müdiriyyətləri arasında qarşılıqlı hesablaşma haqqında, Şuranın 43-cü yığıncağının gündəliyi, keçirilmə yeri və tarixi haqqında məsələlər də daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [12:26]
Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır
- 07.10.2026 [12:23]
Azərbaycandan Ukraynaya növbəti humanitar yardım göndərilib
- 07.10.2026 [12:07]
Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir
- 07.10.2026 [11:41]
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
- 07.10.2026 [11:37]