MƏCBURİ KÖÇKÜNLƏR GÖSTƏRİLƏN QAYĞIDAN RAZIDIRLAR
AZƏRTAC xəbər verir ki, Bakının Nərimanov rayonundakı Koroğlu Rəhimov küçəsində tikintisi yarımçıq qalmış doğum evində müvəqqəti məskunlaşmış 230 məcburi köçkün ailəsinin müraciəti əsasında burada təzə kanalizasiya sistemi inşa edilmiş, ərazidə 1000 kvadratmetr sahəyə asfalt döşənmişdir. Məcburi köçkünlər rayon rəhbərliyinin bu diqqət və qayğısından razı qalmışlar.