Azərbaycan Dövlət İnformasiya Agentliyi

Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair qanun layihəsi plenar iclasa tövsiyə olunub

Bakı, 3 iyun, AZƏRTAC

İyunun 3-də Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda daxil edilib.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, müzakirəyə təqdim olunan qanun layihəsi keçmiş məcburi köçkünlərin doğma yurdlarında dayanıqlı məskunlaşmasının hüquqi əsaslarının təkmilləşdirilməsini, işğaldan azad edilmiş ərazilərə köçürülən şəxslərin statusunun və onlara göstərilən sosial dəstək mexanizmlərinin tənzimlənməsini nəzərdə tutur.

Komitə sədri qeyd edib ki, məcburi köçkünlər uzun illər Azərbaycan dövlətinin xüsusi qayğısı ilə əhatə olunub. Onların sosial və digər problemlərinin həlli Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın daim diqqət mərkəzində olub. Məcburi köçkünlərin sosial problemlərinin həlli ilə əlaqədar Azərbaycan Prezidenti tərəfindən 2004-2019-cu illər ərzində 75 Fərman və Sərəncam imzalanıb, Milli Məclis tərəfindən 11 Qanun qəbul edilib. Torpaqlarımızın işğal altında olduğu dövrdə məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 121 yeni qəsəbə və yaşayış kompleksi tikilərək onların istifadəsinə verilib. 62 mindən çox məcburi köçkün ailəsinin, yəni 300 min nəfərdən çox məcburi köçkünün mənzil-məişət şəraiti yaxşılaşdırılıb. Dövlət tərəfindən məcburi köçkün ailələrinə uzun illər ərzində təhsil və vergi güzəştləri, vahid aylıq müavinət, ünvanlı sosial yardım, məşğulluq proqramları, tibbi-sosial reabilitasiya və digər sosial müdafiə mexanizmləri çərçivəsində davamlı dəstək göstərilib.

Bildirilib ki, məcburi köçkünlərə göstərilən diqqət və qayğı torpaqlarımız işğaldan azad edildikdən sonra da davam etdirilib. Vətən müharibəsində Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə geniş bərpa və quruculuq işləri həyata keçirilib. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb, yeni mərhələdə qarşıya qoyulan hədəflərin reallaşdırılması məqsədilə dövlətimizin başçısının 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı”nın Tədbirlər Planı təsdiqlənib. Qeyd olunub ki, Böyük Qayıdışa dair Dövlət Proqramının icrasına başlanmasından ötən dörd il ərzində bu məqsədlə dövlət büdcəsindən 28 milyard manata yaxın vəsait ayrılıb, Qarabağda və Şərqi Zəngəzurda 40-dan çox yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin daimi yaşayışı təmin olunub. İşğaldan azad edilmiş ərazilərdə hazırda 85 minə yaxın soydaşımız yaşayır, təhsil alır və işlə təmin edilib.

Musa Quliyev bildirib ki, Birinci Dövlət proqramının icrası ilə bağlı möhkəm hüquqi baza yaradılıb, qanunvericilikdə müvafiq dəyişiklik edilərək Qarabağda və Şərqi Zəngəzurda işləyən və məskunlaşan şəxslər üçün yeni müavinət növü təsis edilib, məzuniyyət, vergi, sosial sığorta güzəştləri və imtiyazları müəyyən olunub. Bu gün müzakirəyə təqdim olunan qanun layihəsi məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini və məcburi köçkün statusu ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib ki, qanun layihəsi Vətən müharibəsində qazanılan Qələbənin hüquqi nəticəsi olmaqla, məcburi köçkünlük dövründən Böyük Qayıdış mərhələsinə keçidi təsbit edir. Onun sözlərinə görə, qanun layihəsi qalibiyyət dövrünün reallıqlarına uyğun məcburi köçkünlərin uzunmüddətli köçkünlük vəziyyətindən çıxarılaraq, daimi yaşayış və sabit həyat şəraiti ilə təmin olunmasının dəqiq hüquqi mexanizmlərini yaradır. Yeni hüquqi tənzimləmə müvəqqəti məskunlaşma modelini daimi məskunlaşma və mülkiyyət hüququ ilə əvəz edir, bununla da işğaldan azad edilmiş ərazilərə qayıdan məcburi köçkünlər öz evlərinin tamhüquqlu sahibi olurlar. Qanun layihəsi mülkiyyət hüququnun təmin olunması, daimi məskunlaşmanın təşviqi və sosial müdafiə tədbirlərinin davamlılığının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Sonra iclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli çıxış edərək, qanun layihəsinə əsasən məcburi köçkünlərin konstitusion mülkiyyət hüququnun bərpa olunduğunu, onun icra mexanizminin yaradıldığını söyləyib. O, mülkiyyət hüququnun bərpasını insan hüquqlarının təntənəsi kimi dəyərləndirib. Layihənin konseptual, hüquqi, vətəndaşların sosial müdafiəsi, insan hüquqlarının təmin edilməsi baxımından əhəmiyyətli olduğunu deyib, rəhbərlik etdiyi komitənin sənədi dəstəklədiyini bildirib.

Məsələ ətrafında aparılan müzakirələrdə deputatlar öz fikirlərini, bəzi qeyd və təkliflərini səsləndiriblər.

Müzakirələrin sonunda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsi rəisinin müavini Səkinə Əliyeva çıxış ediblər, layihə barədə fikirlərini bildiriblər. Onlar qanun layihəsinin Böyük Qayıdış prosesinin hüquqi əsaslarının möhkəmləndirilməsinə, məcburi köçkünlərin mənzil və mülkiyyət hüquqlarının daha dolğun təmin olunmasına xidmət etdiyini vurğulayıblar. Həmçinin layihədə nəzərdə tutulan yeni hüquqi mexanizmlərin tətbiqi ilə bağlı məsələlərə aydınlıq gətiriblər.

İclasın yekununda qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ekspert: Qaz sektorunun və yaşıl energetikanın inkişafını birləşdirən Azərbaycan doğru yolu seçib

Somalidə "Əş-Şəbab" qruplaşmasının 29 üzvü öldürülüb

Vəli Qasımov: İspaniyanı dünya çempionatında həmişə favoritlər sırasında görürəm

® Mərkəzi Gömrük Hospitalında TAVİ və yüksək texnologiyalı invaziv kardioloji əməliyyatlar uğurla icra olunur

Mütəxəssis: Prezidentin enerji strategiyası Azərbaycanın qlobal güc transformasiyasını təmin edir

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli və “Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” 2025-ci il 7 noyabr tarixli 333 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Sosioloq: Gənclər süni intellekt dövründə peşə seçiminə daha diqqətlə yanaşmalıdırlar – ŞƏRH

Numan Kurtulmuş: BMT çarəsiz vəziyyətdədir

Bakı “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi banklarının Şurası”nın növbəti toplantısına ev sahibliyi edəcək

Dağıstanlı döyüşçü: Bakıdakı UFC turnirində azarkeşləri əsl şou gözləyir

Bakı Gəmiqayırma Zavodunda konteyner gəmilərin kilqoyma mərasimi baş tutub

ATMU-da “İdarəetmədə multikultural dəyərlər” mövzusunda konfrans təşkil olunub

Küveytin hava məkanı iki aviaşirkət üçün açılıb

Tramp: Mən olmasaydım, İsrail artıq yox idi

Bəhreyn ölkəni hədəfə alan raket və PUA-ları zərərsizləşdirib

Xalq şairi Bəxtiyar Vahabzadənin zəngin irsini əks etdirən yeni biblioqrafik göstərici nəşr olunub

Məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmininə dair qanun layihəsi plenar iclasa tövsiyə olunub

Tramp Netanyahunu tənqid etsə də, əməkdaşlığın davam etdiyini bildirdi

Polşa Belarusla sərhəddəki bufer zonasının fəaliyyət müddətini uzadıb

Tələbələr psixoaktiv maddələrin xüsusiyyətləri və insan sağlamlığına vurduğu zərər barədə məlumatlandırılıblar

Milli Teatr Konyada Beynəlxalq festivalda təmsil olunur

Səidə Sübhi: Səməd Vurğun yeni nəsil şairlərin də ilham mənbəyidir

ABŞ Prezidenti İrana qoşun yeridilməsinin gündəmdə olmadığını deyib

“SOCAR Green”: Xəzər dənizində külək enerjisi potensialı 157 giqavatdır

Böyük Qayıdış proqramı gələcəyin qurulmasına yönələn milli inkişaf layihəsi kimi həyata keçirilir ŞƏRH

Almaniyada vətəndaşlığa qəbul olunanların sayı rekord həddə çatıb

Folklor İnstitutunda elmi seminar: ustad-şəyird ənənəsi və dastan qəhrəmanları

“Azəralüminium”un ixrac gəlirləri 27 faiz artıb

Azərbaycanda urbanizasiya və şəhərsalma kontekstində mənzil siyasəti - seminar

Lionel Messi nüfuzlu beynəlxalq mükafata layiq görülüb

ABŞ Prezidenti İranla danışıqlarda müsbət dinamika olduğunu deyib

Tramp: Xamenei ABŞ ilə danışıqlar prosesində iştirak edir

Birinci sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblərə sərbəst qəbul başlanır

Diaspor rəhbəri: Moldovadakı Azərbaycan diasporu sistemli diskriminasiya ilə qarşılaşmır

Qərbi Azərbaycanın irsinin araşdırılması üçün yeni memorandum imzalanıb

Qayıdış və regionun yeni sülh arxitekturası - panel sessiya

Siqh icması müstəqil Xalistanın yaradılması uğrunda qətiyyətlə mübarizəsini davam etdirir

Alman bədii ədəbiyyatının Azərbaycan dilinə tərcüməsinə dair monoqrafiya nəşr olunub

Macarıstanda Prezident ilə Baş nazir arasında qarşıdurma dərinləşir

Ceyms Heterinqton: Bərpaolunan güclərin enerji sisteminə inteqrasiyası üçün əhəmiyyətli investisiyalara ehtiyac var

Jurgis Adomavicius: Rəqəmsallaşma logistika və yükdaşımalar sahəsində proseslərin daha sürətli həyata keçirilməsinə imkan yaradır

“Bakı Enerji Həftəsi” Avrasiyanın geoiqtisadi arxitekturasını diktə edən fundamental siyasi platformadır - ŞƏRH

Akademik Tofiq Hacıyevin 90 illiyinə həsr olunan elektron məlumat bazası hazırlanıb

Portuqaliyada qatarların hərəkəti və uçuşlar dayandırılıb, məktəblər bağlanıb

“Masdar”: Bərpaolunan enerji layihələri 20-30 illik uzunmüddətli investisiyalardır

Mədəniyyət Nazirliyi xaricdə təhsil üzrə xüsusi Təqaüd Proqramı elan edib

Azərbaycanda siqh tarixi araşdırılacaq

İƏİT: Qlobal iqtisadiyyat son 40 ilin ən dərin tənəzzülü ilə üzləşir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 725 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin sisteminə işə götürülən işçilərin ştat sayının həddi”ndə və 2022-ci il 26 iyul tarixli 1764 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin bəzi hərbi qulluqçularının pul təminatının tənzimlənməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Real Madrid”də prezident seçkiləri öncəsi 326 şübhəli sosial şəbəkə hesabı aşkarlanıb

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq yarışa qatılacaq

Abdulkadir Uraloğlu: Türkiyə Zəngəzur dəhlizinin açılması məsələsində iradə nümayiş etdirir

Zərdabda su basmış ərazilərdə vəziyyət nə yerdədir?

Bu il Sərsəng su anbarının yenidən qurulması nəzərdə tutulur VİDEO

Bu il Sərsəng su anbarının yenidən qurulması nəzərdə tutulur VİDEO

Britaniyanın Şərqi Avropa və Mərkəzi Asiya üzrə ticarət komissarı: Azərbaycan Avropa ilə Asiya arasında mühüm strateji körpü rolunu oynayır - EKSKLÜZİV MÜSAHİBƏ

Bakı Təşəbbüs Qrupu ilə Beynəlxalq Siqh Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb

Vaqif Şadlinski: Zəngəzur dəhlizinin açılması labüd prosesdir

Elman Nəsirov: Bu qanunla vətəndaşlarımız tamhüquqlu mülkiyyət sahiblərinə çevrilirlər

Azərbaycanın U-21 millisi Pakistanla yoldaşlıq görüşü keçirəcək

Müşavir: Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını bir neçə dəfə artıracaq

Fuad Hüseynov: Təqdim olunan dəyişikliklər məcburi köçkünlərin mülkiyyət hüquqlarının təmin olunmasına xidmət edir

Qusarda hər il 750–800 hektar sahədə müasir tipli meyvə bağları salınır - REPORTAJ

Azərbaycanda Rəqəmsal Ticarət Qovşağı informasiya sistemi yaradılır

Fransa Ay və Mars missiyası üçün 250 milyon avro sərmayə ayırır

Ehtiram Quliyev: Müəssisələr süni intellektin məlumat emalı nəticəsində fəaliyyətlərini daha səmərəli planlaşdırır

Dövlət Komitəsinin sədr müavini: Böyük Qayıdış 5 milli prioritetdən biridir

Cavid Abdullayev: Enerji keçidi yalnız texnoloji transformasiya deyil

Səkinə Əliyeva: İllərlə gözlədiyimiz bir anın hüquqi bazası, çərçivəsi yaranır

Aerobika gimnastikası üzrə Azərbaycan millisinin Dünya Kuboku üçün heyəti bəlli olub

Qərbi Azərbaycan İcmasının rəsmisi: Atam 1918-ci ildə, mən isə 1948-ci ildə deportasiya olundum

Xocalıdakı “Qarabağ Tekstil Evi”ndə çalışacaq şəxslər üçün peşə kurslarının təşkilinə başlanılıb

“Tibbi Rəqəmsal Əkiz Sistemi” təqdim edilib – YENİLƏNİB VİDEO

“Tibbi Rəqəmsal Əkiz Sistemi” təqdim edilib – YENİLƏNİB VİDEO

Fuad Hüseynov: Məcburi köçkün və qaçqınlarımız ötən 30 il müddətində dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub

BMU tədqiqatçılarının “Təmiz Xəzər” layihəsi beynəlxalq dəstək qazanıb

Dünya Bankı TC-GATE layihəsi üçün 372 milyon dollar ayırıb

Salyanda 5 kiloqram narkotik vasitə aşkarlanıb

Parisdə tutsilərə qarşı törədilmiş soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş memorialın açılışı olub

bp: “Azəri-Çıraq-Günəşli”də tətbiq olunan yeni texnologiyalar səmərəliliyi artırır

Vüqar Rəhimzadə: İnsanların öz ata-baba torpaqlarına qayıdışı çox şərəflidir

Azərbaycanda 20 ali məktəbin lisenziyalı “Microsoft” alətləri ilə təmin olunması nəzərdə tutulur

Kobaxidze: Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı bizim üçün xüsusi əhəmiyyət kəsb edir

Astaranın çətin iqlimində bol çiyələk əldə edilib - uğurlu təcrübə VİDEO

Astaranın çətin iqlimində bol çiyələk əldə edilib - uğurlu təcrübə VİDEO

Mehdiabad–Baksol–Ziya Bünyadov avtomobil yolu inşa olunacaq VİDEO

Mehdiabad–Baksol–Ziya Bünyadov avtomobil yolu inşa olunacaq VİDEO

Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib

Deputat: Uğurla reallaşan Böyük Qayıdış ciddi tarixi hadisədir

Xalq şairi Bəxtiyar Vahabzadənin zəngin irsini əks etdirən yeni biblioqrafik göstərici işıq üzü görüb

RİNN: İnfrastruktur, rəqəmsallaşma və süni intellektə investisiya yatırılmalıdır

Bolqarıstanda beynəlxalq müdafiə sərgisi işə başlayır

Bu il “Azərtütün” tərəfindən şimal-qərb rayonlarında 813 hektar sahədə tütün əkilib

Akademik Musiqili Teatrın "Buratino" tamaşası Sumqayıtda

Naxçıvanda baş verən qəzada 3 nəfər xəsarət alıb

AYNA: Azərbaycan xarici ölkələr üçün əlverişli tranzit məkana çevrilib VİDEO

AYNA: Azərbaycan xarici ölkələr üçün əlverişli tranzit məkana çevrilib VİDEO

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

İsveç alimləri tarixi kodları deşifrə etmək üçün AI modeli hazırlayıblar

Avstraliya Polşada Ukrayna qoşunlarına təlim keçəcək

Sabahın hava proqnozu açıqlanıb

Ağdərədə su təminatı hansı mənbələr və neçə zona üzrə həyata keçirilir? - Açıqlama

NATO-nun Baş katibi Ukraynada səfərdədir

Macarıstan Ukrayna-Rusiya müharibəsi üzrə danışıqlara ev sahibliyi edə bilər

Mahirə Hüseynova: Qərbi Azərbaycan mövzusu universitetlərin seçmə fənn blokuna daxil edilib