MƏDƏNİYYƏT EVİ ƏSASLI TƏMİRDƏN SONRA İSTİFADƏYƏ VERİLMİŞDİR
Zaqatala Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, Kəpənəkçi kənd mədəniyyət evinin binası əsaslı təmirdən sonra öz qapılarını yenidən sakinlərin üzünə açmışdır.
Bu münasibətlə keçirilən mərasimdə icra hakimiyyətinin başçısı Asif Əsgərov rayonda görülən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri barədə məlumat vermiş, sakinlərin qayğı və problemləri ilə maraqlanmışdır. O, son illərdə rayonun bir-sıra mədəniyyət müəssisələrində əsaslı təmir işlərinin aparıldığını xatırladaraq, əhalinin asudə vaxtının mənalı və səmərəli təşkil edilməsinin vacibliyini, bu sahədə kənd mədəniyyət evlərinin rolunu vurğulamışdır.
Daxili imkanlar hesabına müasir standartlara uyğun təmir olunmuş mədəniyyət evi keyfiyyətli inventar və avadanlıqla təmin edilmişdir.
Mərasim bədii özfəaliyyət kollektivinin konsert proqramı ilə başa çatmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [10:57]
Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub
- 15.06.2026 [07:04]