Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin kollektivi Fəxri xiyabanı ziyarət edib VİDEO
Bakı, 15 aprel, AZƏRTAC
Aprelin 15-də Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin kollektivi təşkilatın 110 illiyi münasibətilə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.